Edinson Kavani 38 yaşında futbol karyerasını başa vurdu
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Uruqvaylı hücumçu Edinson Kavani 38 yaşında peşəkar futbol karyerasını başa vurduğunu rəsmi şəkildə elan edib.
İdman.Biz xəbər verir ki, Kavani bu qərarını sosial şəbəkələrdə paylaşdığı vida mesajı ilə açıqlayıb. O, futbola və onu bu yolda dəstəkləyən hər kəsə təşəkkür edib.
“Çox sağ ol, futbol. Sən məni formalaşdırdın, sınadın, yıxıldığım zaman qalxmağı öyrətdin və yolun hər addımını dəyərləndirməyi mənə göstərdin. Uşaqlıqda mümkün olmaması görünən arzuları reallaşdırmağa, meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağa imkan verdin. Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlar olmadan mümkün deyildi.
Mən hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək sakitliklə ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə bu peşəyə hörmətlə”, - deyə Kavani paylaşımında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















