Ədliyyə naziri Ağdamda vətəndaşları qəbul edib FOTO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ədliyyə naziri Fərid Əhmədov dekabrın 6-da Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
"Qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















