Ədliyyə naziri Kürdəmirdə vətəndaş qəbulu həyata keçirəcək
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə qəbula yazılmaq imkanı var
Ədliyyə naziri Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədov 13 dekabr 2024-cü il tarixində Kürdəmir rayonunda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 12 dekabr tarixinədək Göyçay Regional Ədliyyə İdarəsinə (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 20-274-13-10, +994 20-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















