Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabr ayında Bakıda Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının bir sıra konvensiyaları üzrə beynəlxalq təlim keçirilib.
Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimdə 50 nəfər, o cümlədən Ədliyyə Nazirliyinin və Nazirliyin Ədliyyə Akademiyasının əməkdaşları, hakimlər, vəkillər, notariuslar, həmçinin Qazaxıstan və Özbəkistandan olan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Təlimi Haaqa Konfransının Daimi Bürosunun birinci katibi, təcrübəli ekspert Melissa Ford aparıb.
Təlimin keçirilməsində əsas məqsəd Haaqa Konfransının 1970-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyasının tətbiqi ilə bağlı yarana biləcək çətinliklərin qarşısının alınması, onun normalarının düzgün anlaşılması və tətbiqinin təmin edilməsi, həmçinin bu sahədə çalışan hüquqşünasların müvafiq biliklərinin artırılması olub.
Hazırda Azərbaycanın sözügedən Konvensiyaya qoşulması ilə bağlı müvafiq dövlətdaxili prosedurlar həyata keçirilməkdədir.
Eyni zamanda, təlim çərçivəsində Nazirliyin müvafiq struktur qurumları ilə təşkilatın nümayəndəsi arasında işçi görüşlər keçirilib. Gələcək əməkdaşlıq, yeni konvensiyalara qoşulma, ədliyyə sahəsində xidmətlərin rəqamsallaşdırılması, o cümlədən elektron apostil kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə, o cümlədən Avropa ölkələrinin əksəriyyəti ilə mülki sahədə müqavilə bazası yaratmaq məqsədilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı çərçivəsində qəbul olunmuş 1965-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” və 2007-ci il tarixli “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanmasının digər formalarının beynəlxalq qaydası haqqında” konvensiyalara qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















