Ədliyyə orqanlarının xüsusi hesabı ilə bağlı yeni qərar
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Nazirlər Kabineti "Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nı təsdiq edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, ədliyyə orqanlarının xüsusi xəzinə hesabının açılması ilə eyni gündə icra xidməti icra məmurlarının xüsusi fondunda qalan vəsaitin və cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin xəzinə hesablarında qalan hissəsinin ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin.

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq
20 May 2025 12:02
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq
24 İyun 2025 11:11
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır
16 İyul 2025 16:29
Ədliyyə orqanlarının xüsusi hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiqlənib
22 Oktyabr 2025 10:17

