Edoardonun İtaliya karyerası başa çatacaq SƏBƏB
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bovenin İtaliyada oynamasına qadağa qoyula bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “La Nazione” yayıb.
22 yaşlı futbolçu A Seriyasının 14-cü turunun “İnter”lə oyununda huşunu itirib və xəstəxanaya gedərkən ürəyi dayanıb.
Mənbənin məlumatına görə, sonradan özünə gələn futbolçunun ürək patologiyasını müəyyən etmək üçün genetik testlər keçiriləcək. Həkimlər Bovenin ürək problemlərinin anadangəlmə aritmogen kardiomiopatiyaya səbəb ola biləcəyini düşünürlər. Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçiyə kardioverter-defibrilatorun implantasiyası tələb olunacaq. A Seriyasının reqlamentində isə futbolçuların kardiostimulyatorla oynamasını qadağan edən bənd var.
Xatırladaq ki, AÇ-2020-də ürək tutması keçirən danimarkalı yarımmüdafiəçi Kristian Eriksen də oxşar vəziyyətlə üzləşmişdi. Hadisədən sonra futbolçuya kardioverter-defibrilator quraşdırılıb və buna görə də o, “İnter”lə müqaviləsini pozmaq məcburiyyətində qalıb.
Edoardo Bove bu mövsüm "Fiorentina"nın heyətində 14 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















