Eduard Məmmədov növbəti dəfə qızıl medal qazandı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dəfələrlə Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiyada vuruşaraq 2 qızıl medal qazanıb.
Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Light contact" növündə Böyük Britaniyadan Sinqh Qurmeyr, Portuqaliyadan Kortes Emanuel, İtaliyadan Simon Kalogero, "kick light" növündə isə İsveçdən Alvarsson Ola, Kanadadan Qallant Benjamin üzərində qalib gəlib.
Beləliklə, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti ümumilikdə WAKO üzrə 10-cu dəfə dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















