Icma.az
close
up
RU
ƏDV geri al kuryerə stop dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

ƏDV geri al kuryerə stop dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kuryer işləyən vətəndaş əlavə dəyər vergisi (ƏDV) çeklərini "ƏDV geri al" sisteminə yükləyə bilmədiyindən şikayətçi olub.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, ay ərzində orta hesabla 40-50 manatlıq ƏDV geri alır, lakin artıq bir həftədir sistemə çekləri yükləmək mümkün deyil. Vəziyyəti dəqiqləşdirmək üçün Dövlət Vergi Xidmətinə müraciət edən vətəndaşa bildirilib ki, onun aylıq qazancı vurduğu ƏDV məbləğinə uyğun gəlmədiyi üçün əməliyyatlar şübhəli hesab edilib. Bu səbəbdən sistem üzərindən artıq ƏDV vurması məhdudlaşdırılıb.

Maraqlıdır, aylıq qazancın məbləği vurulan ƏDV-nin məhdudlaşmasına səbəb ola bilərmi?

Vergi üzrə ekspert Cavid Vəlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, aylıq gəlirlə vurulan ƏDV məbləği arasında mütləq uyğunluq axtarılır:

"Əslində bu, adi və normal haldır. Bir şəxsin aylıq gəlirindən daha çox ƏDV vurması sual doğurur və bu, vergi orqanları tərəfindən araşdırılır. Unutmayaq ki, ƏDV dövlət büdcəsindən geri qaytarılan bir məbləğdir. Sahibkar alış-veriş zamanı dövlətə 18% ƏDV ödəyirlər, bu zaman müştəri nağd ödəniş etdikdə 5%, nağdsız ödəniş etdikdə isə 17.5% ƏDV-ni geri ala bilir. Əgər bir şəxsin gəliri bu məbləğləri izah edə bilmirsə, bu artıq sui-istifadə halı kimi qiymətləndirilə və hətta cinayət məsuliyyətinə səbəb ola bilər".

Dövlət Vergi Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir.

"Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar. Bu, xüsusilə sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə çeklərin daxil edilməsi halları müşahidə edildikdə, Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır.

Məsələ bir-iki hal baş verdikdə deyil, gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması zamanı nəzarətə alınır.

Nəzərə alınmalıdır ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan çeklərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır.

Bu, istər həmin kuryerin çeki vətəndaşa təqdim etməməsi, istər mağazalarda kassirlərin bəzi hallarda çekləri təqdim etməməsini də əhatə edir. Bu cür hallar "ƏDV geri al" layihəsinin şəffaflığına ictimai etimadın sarsılmasına səbəb ola bilər.

Bir daha diqqətə çatdırmaq istəyirik ki, Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarət tədbirlərini gücləndirməkdədir və aşkar olunan pozuntularla bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür. Layihənin davamlılığı və uğuru ilk növbədə vətəndaş məsuliyyətindən və dürüstlüyündən asılıdır. Dövlət Vergi Xidməti bütün vətəndaşları vergi intizamına riayət etməyə və bu təşəbbüsə etimadı qorumağa çağırır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri