Icma.az
close
up
RU
ƏDV qaydaları dəyişdi: Pulunuzu necə əlinizdən alırlar? AÇIQLAMA

ƏDV qaydaları dəyişdi: Pulunuzu necə əlinizdən alırlar? AÇIQLAMA

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Dövlət Vergi Xidməti yeni hoqqabazlıq edir. Deyir ki, vətəndaş özünün alış-veriş etmədiyi çek üzrə “ƏDV geri al”-dan yararlana bilməz. Yəni, məsələn, guya mən dostuma çeki verib deyə bilmərəm ki, ƏDV üzrə pulu sən al. Niyə olmaz axı? Hansı qanunda belə məhdudiyyət var? Yoxdur! Sadəcə vergi orqanı ƏDV üzrə ödəniş etməmək üçün yeni fənd işlədir.

Tribunainfo.az xəbər verir ki, bu barədə bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov ƏDV-lərlə bağlı qəbul edilmiş yeni qayda ilə bağlı danışarkən deyib. Ə. Həsənov sual edir ki, vergi orqanı axı haradan bilir ki, çek üzrə alış-verişi dostum deyil, mən etmişəm?:

“Deyilənə görə, vergi orqanı şəxsin gəlirinə diqqət edir: gəliri bu qədər ƏDV üzrə xərcindən azdırsa, bu qənaətə gəlir ki, alış-verişi başqa şəxs edib. Əvvəla, bu yanaşma kökündən səhvdir. Bəlkə şəxsin indi gəliri azdır, amma illərlə pul yığıb, indi də xərcləyir? Və ya bəlkə ona kimsə maddi yardım edib, ola bilməz ki?

Ən əsası isə xatırladıram ki, hələ 2005-ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqda Qanun qəbul olunub, amma hələ də icra olunmur. Yəni ölkənin məmurları gəlir bəyannaməsi vermədiyi halda sıravi vətəndaşdan necə tələb etmək olar ki, xərcin üzrə gəlirini təsdiqlə? Vergi orqanı belə prinsipialdırsa, əvvəlcə öz vəzifəli şəxslərindən, habelə digər yüksək vəzifəli məmurlardan başlasın! Maraqlansın görək ki, onlar hansı gəlirləri müqabilində dəbdəbəli evlərdə yaşayır, özləri və ailə üzvləri bahalı avtomobillərə və sair əmlaklara malikdirlər.

Hətta onların əynindəki paltarların və saatların qiymətini yoxlasalar, illik maaşlarından bahalı çıxar. Mən vergi orqanına bu işdə yardım etməyə hazıram. Elə onun öz rəhbər vəzifəli şəxslərindən başlayaq”.

Ə.Həsənov əlavə edib ki, çek üzrə hər hansı vətəndaş alış-veriş edibsə, ƏDV üzrə ödənişin kim tərəfindən alınmasının heç bir fərqi yoxdur:

“Pul onsuz da büdcədən çıxacaq da! Bəlkə ciblərinə qoymaq istəyirlər?”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri