Icma.az
close
up
RU
ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir

ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

Hurriyyet.az xəbər verir ki, 2026-cı ildən etibarən isə ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılıb.

Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcəkdir. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100.000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Nağdsız əməliyyatlara tətbiq edilən 0,5 əmsal nə deməkdir?

Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev bildirib ki, dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır.

“Pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlərə 0,5 əmsal tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV qeydiyyatı üçün yarı məbləğ kimi qəbul edilməsi deməkdir”.

“Bu yanaşma sahibkarların nağdsız əməliyyatlarını faktiki dövriyyədən daha aşağı göstərici ilə ƏDV məqsədlərinə hesablanmasına imkan verir.

Yeni qaydaların tətbiqi praktikada sahibkarlar üçün real güzəştlər yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi, əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi formalaşdığını nəzərə alaq. Bu halda sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil edir. Mövcud yanaşmaya görə bu məbləğ ƏDV qeydiyyatı üçün öhdəlik yaradır. Lakin yeni mexanizm çərçivəsində nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq olunduğundan, 300 min manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri üçün 150 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 190 min manat təşkil edir. Bu məbləğ 200 min manatlıq məcburi ƏDV qeydiyyatı həddindən aşağı olduğuna görə, sahibkarın ƏDV ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi yaranmır.”-Mehdi Babayev qeyd edib.

“Dəyişikliklər nəticəsində sahibkarlara demək olar ki, belə bir imkan yaradılır: Nağdsız qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq”, - Mehdi Babayev vurğulayıb.

ƏDV qeydiyyatından çıxma prosesində də dəyişiklik tətbiq edilir

Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan çox deyilsə, ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər.

“Yeni yanaşma ƏDV qeydiyyatından çıxma prosesində də sahibkarlar üçün daha əlverişli şərait yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində 50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə nağdsız dövriyyəsi formalaşıb. Bu halda ümumi dövriyyə 140 min manat təşkil etdiyindən, hazırkı qaydalara əsasən sahibkar ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq olunduqda nağdsız dövriyyə 0,5 əmsalla hesablanır və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri üçün 45 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda isə sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ verir.

Nəticə etibarilə, nağdsız ödənişlərə tətbiq edilən 0,5 əmsal mexanizmi sahibkarların vergi yükünü azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını daha şəffaf və sistemli şəkildə aparmasına imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflərlə uzlaşır”, - Mehdi Babayev söyləyib. 

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib. (APA)

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri