Icma.az
close
up
RU
E.Əmrullayev Riyaziyyat biabırçılığı ilə bağlı çıxıb üzr istəmək əvəzinə təhdid edir Etibar Əliyev

E.Əmrullayev Riyaziyyat biabırçılığı ilə bağlı çıxıb üzr istəmək əvəzinə təhdid edir Etibar Əliyev

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Elm və təhsil naziri keçirdiyi brifinqdə bu il Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasındakı biabırçılığı təhsil ekspertlərini aşağılamaqla ört-basdır etdi. Brifinqdə dedikləri: “Bu il riyaziyyat olimpiadasında nəticəmiz aşağı olub. Amma demək ki, Azərbaycanın Olimpiada nəticələri aşağı düşüb, özü də bilirsiniz bunu kim danışır, olimpiadayla, riyaziyyatla heç bir aidiyyəti olmayan adam. Məni yandıran odur, bir var adam özü riyaziyyatçıdır, riyaziyyatla məşğul olur, bir də var hansısa xahişini yerinə yetirməmişik. Yenə də yetirməyəcəyik. Buna görə danışırlar. Bunu riyaziyyatla məşğul olan adamlar danışsa, mən onları qəbul edirəm. Bunu heç vaxt riyaziyyat olimpiadası haqqında danışmayan adam birdən-birə riyaziyyatdan nəticə aşağı düşürsə, onun bu haqda danışması düz deyil. Onda deyirəm ki, informatikadan niyə danışmırsınız? Təhsil eksperti yoxdur. Bir adamlar özlərinə təhsil eksperti deyir, bir də siz onları qəbul etmisiniz. Siz geri qayıdıb onlara yenə təhsil eksperti deyəcəksiniz. Utanmasan, oynamağa nə var ki?".

Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş deputat Etibar Əliyev feysbuk səhifəsində yazıb.

"E. Əmrullayev Riyaziyyat biabırçılığı ilə bağlı çıxıb üzr istəmək əvəzinə təhdid edir. Yaxşı, cənab nazir! Fərz edək ki, təhsil ekspertlərinin riyaziyyatdan elementar bilikləri yoxdur. Onda soruşmaq ayıb olmasın, sizin və ətrafınızın bu elmdən xəbəri varmı, ki, bundan danışırsınız? Sizin məntiqdən belə çıxır ki, Nazirliyin nəzdində Beynəlxalq Olimpiadalar Mərkəzində, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə də riyaziyyatı yaxşı bilənlər yoxdur? Olsaydı, heç olmasa bir bürünc medal qazanardıq. Özünüz dəfələrlə demisiniz ki, Fizika – Riyaziyyat təmayüllü liseydə riyaziyyatı yaxşı oxuyubsunuz. Sual verirəm. Şagird olduğunuz dövrdə yerli və Beynəlxalq Olimpiadalarda uğurunuz olubmu? Bəlkə bu barədə də danışasınız? Medalınız, tərifnaməniz varsa, göstərin, biz də bilək. Nə əcəb riyaziyyatçı olmadınız?

Bəs bu faktı necə bu qədər tez unutdunuz? Bu barədə heç nə demirsiniz...

Bu il 1-ci ixtisas qrupu üzrə keçirilən Qəbul imtahanında 31,167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6,863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6,848 abituriyent 200 baldan yuxarı nəticə göstərib. Sual verirəm. Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzərə alsaq, funksional savadsızlığa dəlalət edir… Nəzərə alaq ki, 1-ci ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, Qəbul imtahanında isə 150 bal toplamaq mümkündür. Buradan belə çıxır ki, siz və komandanız riyaziyyatı ekspertlərdən pis bilirsiniz. Əlahəzrət fakt bunu sübut edir…

Gələk 2025-ci ildə keçirilən Beynəlxalq İnformatika Olimpiadasına: Bəli, şagirdlərimizin 1 gümüş, 2 bürünc medal qazanmasına biz sizdən çox sevinirik. Ancaq brifinqdə bu barədə də danışarkən həqiqəti gizlətdiniz. Gümüş medalçı Ayxan Dəmirli Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdidir. Bürünc medalçılar: Həsən Vəliyev Bakı şəhəri 157-nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir, Elvin İmanlı isə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdidir. Həvəsləndirici mükafata isə layiq görülən Əli Əliyev “Ankara məktəbi” məktəb liseyinin 11-ci sinif şagirdidir. Deməli, bizim qəhrəmanlardan yalnız biri Sizin himayə etdiyiniz və milyonlarla manat pul axıtdığınız Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdidir. Məndə olan dəqiq məlumata görə, gümüş medalçı Ziya Dəmirli özü sərbəst şəkildə Olimpiadaya hazırlaşıb. Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) 3 medal (1 gümüş, 2 bürünc) və iki həvəsləndirici mükafat qazanan şagirdlərimizin heç biri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdi deyil. Onların ikisi Bakı Türk Liseyinin məzunlarıdır. Fizika və kimya təkcə nəzəri hissə deyil. Müəyyən eksperimental məsələlərin həlli üçün cihazlar olmalıdır. Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə təcrübələri aparmaq üçün cihazlar yoxdursa, bu çox pis! Demək, tamam hər şey baş-ayaqdır... Həqiqət budur".

O, vurğulayıb ki, brifinq də keçirin, müsahibə də verin, ekspertləri də təhqir edin, ancaq həqiqəti ələ salmayın.

"Zəruri qeyd: Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin direktoru çıxıb açıqlama versin ki, bu ilki məzunlar hansı ali məktəblərə daxil olublar. Əmrullayevin aşağıladığı təhsil ekspertləri bu sualı versinlər, bu ki, riyazi bilik tələb etmir?".

Xədicə BAXIŞLI
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri