Icma.az
close
up
RU
ƏƏSMN də 5 nəfər yüksək vəzifəyə təyin EDİLDİ KİMLƏRDİR? FOTO

ƏƏSMN də 5 nəfər yüksək vəzifəyə təyin EDİLDİ KİMLƏRDİR? FOTO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.

Moderator.az bakupost.az-a istinadla xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.

1988-ci ildə doğulub. Sumqayıt Dövlət Universitetində iqtisadçı-menecer ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda "Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. Ötən dövrdə özəl sektorda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.

Elnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.

Arif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib. Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Əlişah Kövsərov 1975-ci ildə doğulub. Bakı Avrasiya Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Ötən dövrdə Nazirlik sistemində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Elşən Mahmudov 1979-cu ildə doğulub. Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyyatı ixtisası üzrə bakalavr, mühəndis biznesi və menecment ixtisası üzrə magistr təhsili alıb. Ötən dövrdə rabitə sahəsində, Teleradio İstehsalat Birliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri