ƏƏSMN in elektron xidmətlərinə 9 ayda 5,4 milyon müraciət edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-sentyabr aylarında 5,4 milyon müraciət edilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, qeyd edilən dövrdə 200 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 590 min elektron arayış verilib.
Bildirilib ki, son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində qurumun xidmətlərinin 90 faizi e-qaydada təqdim olunur.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 316 milyon olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Oktyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















