Icma.az
close
up
RU
ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?

ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazlirliyinin tabeliyində olan DOST Agentliyi maraqlı tender keçirib. Tribunainfo.az xəbər verir ki, söhbət Naxçıvan DOST Mərkəzi üçün mexaniki avadanlıqların satınalınmasından gedir.

Bununla bağlı, “MAC CONSTRUCTİON” MMC ilə 1 milyon 230 min 938 manatlıq satınalma müqaviləsi imzalanıb.

Lakin məsələnin maraqlı tərəfi Tribunainfo.az-ın apardığı araşdırmadan sonra üzə çıxıb. Məlum olub ki, sözügedən şirkət 2023-cü ildən bəri yalnız ƏƏSMN-in tenderlərində iştirak edib və yalnız bu nazirliyin tenderlərinin qalibi olub. Yəni, son iki ildə ƏƏSMN-in 11 tenderini udub.

Öncəliklə, son bir ilin statistikasına diqqət edək. “MAC CONSTRUCTİON” MMC 2024-cü ildə ƏƏSMN və onun tabeliyində olan qurumlarla iki tender müqaviləsiu bağlayıb. Onun biri barədə yuxarıda qeyd etmişik. Digəri isə ƏƏSMN-in özü ilə bağlanıb və 37 min 335 manat təşkil edib. Məsələnin məğzi budur ki, şirkət nazirliyin qazanxana və avadanlıqlara texniki dəstək göstərəib.

Bundan əvvəl isə ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyi qazanxana binasının və avadanlıqlarının cari təmir işlərinin satın alınmasını “MAC CONSTRUCTİON” MMC ilə reallaşdırıb. Bunun üçün isə 490 min 963 manat xərcləyib.

2024-cü ildə ikinci tender də Sosial Xidmətlər Agentliyinin olub və şirkət bu dəfə quruma generatorlara texniki xidmətlərin göstərilməsini satın alıb. Müqabilində isə “MAC CONSTRUCTİON”a 14 min 337 manat ödəyib.

Tribunainfo.az xəbər verir ki, 2023-cü ildə belə tenderlərin sayı isə 6 olub. Və həmin tenderlərin hamısı ƏƏSMN-ə aid olub. Yəni, “MAC CONSTRUCTİON” həmin 6 tender üzrə 507 min 539 manatlıq satınalma müqaviləsi bağlayıb.

Bu prosesdə əsas tərəfdaş ƏƏSMN-in özü və onun tabeliyində olan Sosial Xidmətlər Agentliyi olub. Belə ki, son iki ildə keçirilmiş 11 tenderin 4-ü SXA-nın, digər 4-ü isı ƏƏSMN-in özünə aid olub.

Maraqlıdır ki, nazirlik “MAC CONSTRUCTİON”a ən kiçik məbləğli katirovka sorğularını da etibar edib. Məsələn, 18.07.2023-cü ildə generatorların təmiri üçün ƏƏSMN şirkətə 2180 manat ödəyib.

Müşahidələrdən görünən odur ki, “MAC CONSTRUCTİON” MMC yalnız ƏƏSMN-in tenderlərini udub və heç bir başqa bir qurumun müsabiqələrinə qatılmayıb. Bu tenderlər üzrə iki ildə şirkətə 2 milyon 281 min 112 manat pul ödənilib. Bu heç də kiçik rəqəm deyil.

Lakin görünən odur ki, bu şirkət məhz ƏƏSMN-in tenderlərinin udması üçün yaradılıb. Əks təqdirdə, “MAC CONSTRUCTİON” MMC-nin başqa bir qurumun da tenderlərinə qatılması halları baş verərdi.

Bəs, bu şirkəti nazirliklə bağlayan cəhət nədir? Yəni, ƏƏSMN-lə bu şirkəti hansı maraqlar birləşdirir? Qeyd edək ki, “MAC Construction” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Quliyev Ziyadxan oğludur. Hüquqi ünvanı AZ1040, Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov qəs.), ev 173  ünvanında yerləşir.

Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin özəl mənbələrdən əldə olunan bəzi məlumatlarda belə bir iddia var ki, “MAC Construction” MMC-nin rəhbəri ilə keçmiş ƏƏSMN, hazırda maliyyə naziri olan Sahil Babayevin yaxın dostluq münasibətləri var. Bəzi iddialar isə ondan ibarətdir ki, Ramin Quliyevlə Sahil Babayev tələbə yoldaşı olublar. Elə münasibətlər də buradan yaranıb.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Uğur Rəhimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri