Icma.az
close
up
RU
“EFENDİLER AUTO” ilə bağlı qalmaqal DİN rəhbərliyinə müraciət edildi

“EFENDİLER AUTO” ilə bağlı qalmaqal DİN rəhbərliyinə müraciət edildi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətəndaş Ağayev Əli Rza oğlu “EFENDİLER AUTO” MMC-nin vəzifəli şəxslərinin cinayət əməllərindən Daxili işlər naziri Vilayət Eyvazova, Daxili işlər nazirinin Birinci müavini Seyfulla Əzimova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevə şikayət edib.

Bu barədə Gununsesi.info-ya ünvanlanmış məktubda deyilir.

Şikayətçi bu müaricətinə səbəb olaraq deyib:

Bildirirəm ki, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevə məxsus və onun oğlu Ənvər Ənvərli (Vəliyev) tərəfindən idarə olunan “EFENDİLER AUTO” MMC ( VÖEN: 160524907) özünü Azərbaycanda ZEEKR avtomobillərinin rəsmi idxalçısı kimi təqdim etmişdir. 04 oktyabr 2025-ci il tarixdə, mən, yeni çıxmış “ZEEKR 9X” modelini almaq üçün MMC-nin Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən avtomobil salonuna getdim. Orada mənə bildirdilər ki, “ZEEKR 9X” modelinin müxtəlif komplektasiyaları mövcuddur və əgər siz “ZEEKR 9X, Black exterior package/Blue/22-inch mirror wheels” (qara maşın, göy salon) sifariş versəniz, bu komplektasiya 1-3 həftəyə hazırlanıb yola salınaçaq və ilk gətirilən məhz bu komplektasiya olacaqdır. Məni əmin etdilər ki, bu komplektasiya, şübhəsiz, ilin axırına qədər gətirilib təhvil veriləçəkdir. Həmən komplektasiyanın ümumi qiyməti 88.500 (səksən səkkiz min beş yüz) ABŞ dolları edirdi. Qeyd etmək istəyirəm ki, 04 okryabr 2025 tarixdə mən, avtomobili sifariş verən zaman, bütun elektrik və plug-in hibrid avtomobilləri ƏDV-dən (Əlavə Dövlət Vergisi) azad idi və yeni ildən ƏDV əlavə olunacağı bilinmirdi. Mən də, onların avtomobilin ilin sonuna qədər çatdırılacağına dair vədinə inandım və məhz o komplektasiyalı avtomobili sifariş etdim. Məni əmin etdilər ki, ilin sonuna qədər avtomobili gətizdiriləcək və ƏDV-dən xaric olacaq. Mənimlə beh müqaviləsi bağlandı və məndən beh olaraq 30.000 (otuz min) ABŞ dolları məbləğində pul aldılar. Ödəniş şirkət əməkdaşlarının tələbi ilə həyata keçirilmiş, rəsmi qəbz təqdim ediləcəyi vəd olunmuş, lakin heç bir qəbz verilməmişdir.

Ağayev Əli Rza oğlu eyni zamanda deyib ki, dəfələrlə telefonla cavabdehin məsul işçisi ilə əlaqə saxladıqda ona avtomobilin müqavilədən dərhal sonra sifariş verildiyini və ilin sonuna qədər gələcəyi bildirilib:

“Dövlət tərəfindən ƏDV-nin əlavə olunduğunu biləndən sonra şirkətə zəng vuraraq bildirdim ki, əgər avtomobili ilin sonuna qədər təhvil verməyə çatdırmayacaqlarsa, mən pulumu geri götürüm və avtomobili başqa yerdən sifariş edim. Çünk  əlavə vergi ödəməyi öhdəmə götürmək istəmirdim. Yenə də mənə maşının vaxtında çatdırılacağını bildirdilər. 25.11.2025 tarixdə maşın barədə məlumat almaq ücün Qurban bəyə (Zeekr servisin satış müdüru) zəng vurdum. O mənə maşınların Harqos şəhərində oldugunu dedi və bir neçə gün ərzində oradan çıxacağını bildirdi. 01.12.2025 tarixdə maşının Harqos şəhərindən çıxıb-çıxmadığını öyrənmək üçün yenə də Qurban bəyə zəng vurdum. Qurban bəy mənə bildirdi ki, maşın artıq Harqos şəhərindən çıxıb və mən də 25.12.2025 tarixinə qədər maşının təhvil alacağıma arxayın olmalıyam.

Vətəndaş məsələnin sonrada bu cür olduğunu deyib:

“18.12.2025-ci il tarixdə Rəvayət bəy (Zeekr servisin satış nümayəndəsi) mənə zəng vuraraq deyir ki, ağ rəng maşın gəlib, istəyirsinizsə, onu sizə verək. Mən təəccüblənərək bildirdim ki,  əvvəlcə göy salonlu qara maşınlar çatdırılmalı idi. Rəvayət bəy cavab verdi ki, o komlektasiyalar hələ çatmayıb. Nə vaxt çatacağını soruşanda isə “bilinmir” cavabı verdi. Daha sonra 22.12.2025 tarixdə mən Qurban bəyə zəng vurdum. Qurban bəy bildirdi ki, yolda maşınları var, amma hansı komplektasiya olduğunu bilmir və mənin sifariş etdiyim komplektasiya gəlsə, xəbər edəcəklər. Bundan əlavə, 27.12.2025 tarixində təkrarən Qurban bəyə zəng vurdum və bildirdim ki, 01.12.2025-tarixdə  maşınlar yolda olduğunu demiş və 25.12.2025 tarixədək təhvil alacağımı söz vermişdi. Belə halda necə ola bilər maşınlar çatmasın? Maşının hazırda harada olduğunu soruşanda da Qurban bəy xəbərsiz olduğunu bildirdi.

Şikayətçi qeyd edir ki, Qurban bəy sonradan ona cavab verməyib:

“29.12.2025 və 30.12.2025 tarixlərində Qurban bəyə zəng vurdum amma Qurban bəy telefona cavab vermədi. 30.12.2025 tarixində getdim Zeekr satış mərkəzinə, Qurban bəylə orada danışanda dedi ki, ” Bu gün də-sabah da maşınlar çatacaq, amma bilmirik ki,  hansı komlektasiyada olan maşınlardı”. Orada Rəvayət bəylə də görüşdüm və maşınların harada olduğu barədə maraqlandım. Rəvayət bəy onlarda məlumatın olmadığını bildirdi. Onun sözlərinə görə, maşınlar gəldikcə sıralama ilə təhvil verilir,  mən də sırada 7-ciyəm. Ancaq mən 30.12.2025 ci il tarixinə qədər, maşının harada olması barədə heç bir məlumat ala bilmədim. 06.01.2026 il tarixdə yenə də Rəvayət bəylə bir məlumat almaq üçün əlaqə saxladım. Rəvayət bəy maşınların ÇXR ərazisindən hələ çıxmadığını bildirdi. 10.01.2026 il “EFENDİLER AUTO”-ya rəsmi məktub göndərdim və həmin gün Rəvayət bəy votsap vasitəsilə yoldakı maşınların sayı və komplektasiyası ilə bağlı dəqiq məlumat verdi. Habelə onlardan birinin mənə veriləcəyini bildirdi. 14.01.2026 tarixində mən Zeekr satış mərkəzinə getdim, orada Rəvayət bəylə görüşdüm. Rəvayət bəy yanvar ayının birindən 14-nə qədər 2 maşının gəldiyini və onlardan birinin mənə veriləcəyini bildirdi. Mən ondan soruşdum: “Siz iddia edirsiniz ki, maşınlar sıralama ilə təhvil verilir, 30.12.2025 tarixdə sırada 7-ci olduğum halda, maşını mənə necə verə bilərsiz?”  Rəvayət bəy cavabında: “Siz sırada birincisiniz”, – dedi. Başa düşdüm ki, şirkət rəhbərliyi sıralamanı öz istədiyi kimi dəyişir. O, həmçinin avtomobilin qiymətinin 109.000 (bir yüz doqquz min ABŞ dollarına) qaldırdıqlarını bildirdi.

Şikayətçi son olaraq bildirib:

Şirkətdən avtomobilin nə vaxt sifariş verildiyini, mənim onlara verdiyim 30.000 (otuz min) ABŞ dollarının nə vaxt istehsalçıya göndərdiyini və mənim avtomobilimin çatdırılma tarixi barədə sənədlər tələb etdim. Şirkət mənim avtomobilimi gətirib başqasına verdiyindən o sənədləri mənə vermədi. Beləliklə, şirkət rəhbərliyi qulluq mövqeyindən sui-istifadə edərək ya mənim avtomobilimi məndən pul aldığı halda istehsalçı şirkətə sifariş verməyib,  ya mənim sifarişim əsasında avtomobili gətirib və onu başqa şəxsə satıb, nəticədə vəzifə səlahiyyətlərindən tamah (artıq pul qazanmaq) məqsədi ilə sui-istifadə edib. Bu halların CM-nin 178 və 308-ci maddələri üzrə cinayət tərkibi yaradıb-yaratmadığının araşdırılmasını xahiş edirəm. Şirkətin rəhbəri Ənvər Ənvərli atasının vəzifəsinə güvənərək, məsuliyyətdən yayınacağını düşünərək belə qanunsuzluqlara yol verir. Lakin Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulamışdır ki, məmurlar və onların övladları qanunlara əməl etməli, ədalət təmin edilməlidir. Göstərilənlərə əsasən, xahiş edirəm ki, “EFENDİLER AUTO” MMC-nin (VÖEN: 160524907) rəhbərliyinin mənə qarşı törətdikləri cinayət əməllərinin araşdırılmasına və bu barədə müvafiq cinayət işinin başlanılmasına və onların məsuliyyətə cəlb edilməsinə, eyni zamanda harınlamış məmur övladları tərəfindən mənim pozulmuş hüquqlarımın bərpasına köməklik edəsiniz.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri