EFES 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir VİDEO
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 02 May 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















