Icma.az
close
up
RU
Efiopiya İqlim Həftəsi başlayıb

Efiopiya İqlim Həftəsi başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

COP29 Sədrliyi Afrika ölkələrinə həsr olunan təqdimatla çıxış edəcək

Bakı, 4 sentyabr, AZƏRTAC

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən Beynəlxalq Konqres Mərkəzində 2025-ci ilin ikinci ən böyük İqlim Həftəsi keçirilir. Regional və qlobal əməkdaşlığın gücləndirilməsinə həsr olunan bu həftədə yerli prioritetlərə və dayanıqlı həllərə xüsusi diqqət ayrılıb.

AZƏRTAC xəbər verir ki, daha çox Afrika üzrə müxtəlif layihələrin önə çıxarılacağı gündəlikdə Keniya – Kiçik Nəqliyyat Vasitələri üzrə “E-Mobillik”, Keniya Günəşdən Sonrakı Soyutma və Cənubi Afrika Polad layihələri yer alıb. Bu layihələr tərəfdaş təşkilatlarla birlikdə təqdim ediləcək.

COP29 Sədrliyi də İqlim Həftəsində iştirak edir. Açılış mərasimində çıxış edən COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Əddis-Əbəbədə keçirilən İqlim Həftəsinin gələcək qlobal proseslərin başlanğıcı kimi mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“COP29 Sədrliyini bu ilin ikinci İqlim Həftəsində gözəl Əddis-Əbəbədə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu mühüm həftə Belemə aparan marafonun başlanğıcıdır. Bu gün dünya tarazsız və parçalanmış vəziyyətdədir. O, etimadsızlıq, münaqişələr və suveren eqoizmlə doludur. Bu şəraitdə COP29-da bir sıra tarixi qərarların kollektiv şəkildə qəbul edilməsi ikiqat əhəmiyyət daşıyır. Biz iqlim fəaliyyəti üçün ümidverici nəticələr vəd edən qərarlar qəbul etdik. Bizi hər kəs üçün ədalət prinsipi və ən həssas, cavab vermək imkanları zəif olan ölkələri dəstəkləmək ruhu istiqamətləndirdi. Ən çox diqqət yetirdiyimiz məsələlərdən biri COP29-un həm Qlobal Cənubun səsinin eşidildiyi, həm də COP məqsədlərinin ön planda qaldığı bir platformaya çevrilməsi oldu. COP29-da qəbul edilən Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər illik ən azı 300 milyard dollar, ümumilikdə isə 1,3 trilyon dollara qədər maliyyə ayrılmasını nəzərdə tutur”, - deyə N.Arpadarai əlavə edib.

Nigar Arpadarai, həmçinin COP29-da qəbul edilən qərarların yalnız maliyyə nailiyyətləri ilə bağlı olmadığını, həm də gender, uyğunlaşma, İtki və Zərərə cavab verən Fond ilə bağlı tarixi addımları əhatə etdiyini söyləyib.

“Əminəm ki, texnoloji inkişaf Yaşıl Gündəliyin yenidən canlanmasının açarıdır. İnnovasiya insan potensialı və yeni iqtisadi imkanlarla dəstəklənməlidir, təkcə tənzimləmə və məhdudiyyətlərə əsaslanmamalıdır. Donor ölkələr üzərlərinə düşən öhdəlikləri açıq şəkildə bəyan etməli, yeni milli iqlim öhdəlikləri isə sadəcə sənəd yox, real hədəflər üzərində qurulmalıdır. COP29 Sədrliyinin İqlim Həftəsi çərçivəsində xüsusi tədbirlər təşkil etdiyini də qeyd etmək istərdim. Onlardan biri Afrikanın xüsusi ehtiyac və şəraitinə həsr olunmuş yüksəksəviyyəli tədbirdir. Bu tədbir sentyabrın 6-da məhz bu binada baş tutacaq. Bu, COP29 Sədrliyinin il ərzində Afrikanın unikal çağırışlarına diqqət çəkmək öhdəliyinə uyğun olaraq təşkil edilib”, - deyə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu vurğulayıb.

Xatırladaq ki, Əddis-Əbəbədə keçirilən İqlim Həftəsi COP29-un nəticələrinin praktiki icrası və qlobal ədalətli iqlim gündəliyinin davamı üçün mühüm platformadır. Həftə öz işini sentyabrın 6-da başa vuracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri