Icma.az
close
up
RU
Efiopiyada Azərbaycan diplomatları Bakıda keçiriləcək Forumu müzakirə edib

Efiopiyada Azərbaycan diplomatları Bakıda keçiriləcək Forumu müzakirə edib

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Efiopiyanın Əddis-Əbəbə şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar keçirilən görüşlərə dair mətbuat məlumatı

2026-cı ilin 17-22 may tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində təbliğat-təşviqat aparılması məqsədi ilə Efiopiyanın şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə şəhərinin meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, mənzil-qərargahı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.

Bu barədə AzPost-a Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycanın Efiopiyadakı Səfirliyinin vasitəsi ilə təşkil olunan görüşlərdə Azərbaycanın bu ölkədəki səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.

Görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb. Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Sammitin Zirvə Toplantısının keçiriləcəyi diqqətə çatdırılıb. Qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.

Eyni zamanda, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərinin  Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniya Hökuməti tərəfindən “Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması” (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbə şəhərində təşkil edilən tədbirə də qatılıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri