Efiopiyada WUF13 ə hazırlıq çərçivəsində təbliğat təşviqat görüşləri keçirilib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Efiopiyanın şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Efiopiyadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, görüşlərdə Azərbaycanın Efiopiyadakı səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.
Bildirilib ki, görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.
Bundan başqa, qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.
Həmçinin, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərinin Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.
Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniyanın "Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması" (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbədə təşkil edilən tədbirə də qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Yanvar 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















