Icma.az
close
up
RU
Efir qadağası olanlar niyə kanallardadır?

Efir qadağası olanlar niyə kanallardadır?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür efir qadağasında adı hallanan müğənnilərin proqramlarda qonaq olması müzakirə yaradıb. Belə ki, ötən gün “Space” TV-də yayımlanan “İbo şou”da Aşıq Namiq Fərhadoğlu ilə müğənni Şəbnəm Tovuzlu yer alıb. Bu gün isə ATV-də ekrana gələn “Rəngarəng”də Talıb Tale ilə Vəfa Şərifova qonaq olub. Bu məsələ sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib ki, əgər Audiovizual Şuranın konkret qərarı və qadağası varsa və televiziya kanalları bu qadağanı nəzərə almadan adıçəkilən şəxsləri efirə çıxarırlarsa, onlara növbəti cəza tətbiq edilməlidir:
“Bu cür saymazlıq yolverilməzdir. Ola bilər ki, efir qadağası müəyyən müddət üçün qoyulub. Məsələn, bir həftəlik, bir aylıq və ya bir illik. Bu barədə məndə dəqiq məlumat yoxdur. Mənim bildiyimə görə, bəzi sənət adamlarının davranışları, geyimləri və danışıq tərzləri nəzərə alınaraq efirə çıxmaları məhdudlaşdırılıb. Əgər bu qadağa nəzərə alınmadan həmin şəxslər efirə çıxarılırsa, televiziya kanalları buna görə məsuliyyət daşımalı və cavab verməlidirlər. Həmin şəxsləri birdəfəlik efirdən uzaqlaşdırmaq lazımdır. Onlar üçün müəyyən çərçivə müəyyənləşdirilməli və izah edilməlidir ki, televiziya efirində görünmək istəyirlərsə, davranışları, danışıq tərzləri və geyimləri bu çərçivəyə uyğun olmalıdır. Bu qaydalara əməl edən istənilən sənətçi efirə çıxa bilər”. 
O vurğulayıb ki, əks halda televiziya kanalı məsuliyyət daşıyır və belə şəxsləri efirə buraxmamalıdır:
“Açığını desəm, adıçəkilən şəxsləri efirdə izləməmişəm, əvvəllər də davamlı izlədiyim və yaxından tanıdığım insanlar deyillər, sadəcə adlarını eşitmişəm. Qadağadan sonra da onların efirə çıxması halları baş veribsə, bu zaman televiziya kanalları məsələ ilə bağlı izah verməlidirlər. İlk növbədə bu izah Audiovizual Şuraya təqdim olunmalıdır. Əgər həmin izah ağlabatan və əsaslı olarsa, bundan sonra Audiovizual Şura özü cəmiyyətə açıqlama verməlidir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri