“Efirdə ancaq şoumen, müğənni görürsən” 9 il əvvəlki sözləri gündəm oldu VİDEO
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Son günlər Azərbaycan televiziyalarında bir çox tok-şounun bağlanması söz-söhbətləri ölkə ictimaiyyətində geniş müzakirə olunur.
Bakupost.az xəbər verir ki, bu hadisələrlə bağlı keçmiş KVN-çi, aktyor Bəhram Bağırzadənin 2017-ci ildə ARB kanalının “V element” verilişində televiziyalarımızla ilə bağlı sözləri yenidən gündəmə gəlib.
“Ümumiyyətlə, bu verilişdə mən çox danışıram və müəyyən yerlər var ki, efirə getməyəcək, ona mən əminəm. Heç bir televiziya məndən inciməsin. Bizim kanallara baxanda elə təsəvvür yaranır ki, sanki Azərbaycanda alim yoxdur. Elmlə məşğul olan insanlarımız, rəssamımız, memarımız və digər peşə sahiblərimiz yoxdur. Efirə baxsan, ancaq şoumen, müğənnilər görürsən. Mən bir dəfə də görməmişəm ki, ki, o boyda nailiyyətləri olan Sakit (xalq rəssamı Sakit Məmmədov nəzərdə tutulur – C.) müəllimi verilişə dəvət etsinlər, yaxud başqa bir məşhuru...”
Bəhram Bağırzadə bildirib ki, görməmişəm ki, bir alimi və ya professoru dəvət etsinlər: “Əziz Mustafazadə Bakıya gəlir, onu dəvət edin kanallara danışsın, bir güclü mesajı olsun tamaşaçıya ki, bunu mən hiss edim. Bilirsiniz muğamı mən sevirəm. Amma əgər biz muğamı seviriksə və dünyanın təbliğ eləmək istəyiriksə, o demək deyil ki, bütün kanallarda 24 saatın 18-ni muğam getməlidir. İkincisi, səhəri gözü açılmamış bu xanəndələrə yazığınız gəlsin. Xanım müğənnini saat səkkizdə niyə canlı oxutdursunuz”.
Aktyor bildirib ki, səhərlər demək olar bütün kanallarda həkimlər verilişə çıxarılır və xəstəliklərdən danışılır. “Baxanda halsız oluram. İnsanlar işə başlayarkən onların beyinlərinə xərçəng və başqa xəstəliyi salırlar. Gün yeni başlayanda tamaşaçının əhval-ruhiyyələrini korlayırlar”.
Mehin, BakuPost
Bu mövzuda digər xəbərlər:Müğənni efirdə yıxıldı VİDEO
27 Noyabr 2024 17:15
Cefri Epşteynin illər əvvəlki bu sözləri gündəm oldu
03 Fevral 2026 20:10
6 il əvvəlki çıxışı yenidən gündəm oldu Video
03 Fevral 2026 03:02
Günelin 33 il əvvəlki görüntüsü gündəm oldu (Video)
06 Avqust 2026 10:28
Məşhur müğənni efirdə yıxıldı VİDEO
27 Noyabr 2024 19:54
Baxış sayı:90
Bu xəbər 26 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















