Icma.az
close
up
RU
Efirdə biabırçılıq: aparıcı müğənniləri havlatdı VİDEO

Efirdə biabırçılıq: aparıcı müğənniləri havlatdı VİDEO

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan teleməkanında bəzi müğənnilərin Türkiyədə trend olan “Hav-hav” mahnısını ifa etmələri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, Şəbnəm Tovuzlu, Ofelya Şabanova, Qumral Musayeva kimi müğənnilər ATV-də yayımlanan “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun xahişi ilə sözügedən mahnını oxuyublar. Sosial şəbəkə istifadəçiləri həmin mahnının efirdə bu ritorika ilə oxunmasını tənqid ediblər.

Efirdə bu cür halların olması nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, hər televiziya kanalının özünə uyğun verilişlər şəbəkəsi olur:

“Amma bu o demək deyil ki, efirdə qeyri-etik davranışlara yol vermək olar. Müəlliflər, prodüserlər, aparıcılar və sair heç bir halda tamaşaçı heysiyyətinə toxunmamalıdır. Bəzən normal tərbiyə görməyən adamlar efirə çıxarılır. Kamera qarşısında olan hərəkətlər ictimai tribunadır. Milyonlarla tamaşaçının baxdığı verilişlərdə etikadan uzaqlaşmaq, normadan kənar hərəkət və ifadələrin işlədilməsi yolverilməzdir”.

Qulu Məhərrəmli

Professor bildirib ki, ictimai qınaqlar olsa da, ortada nəticə yoxdur:

“Televiziyalar müəyyən etik öhdəliklər götürməli və ona əməl etməlidirlər. Başa düşürük, yaradıcılıq problemləri var, reklam almaq, pul qazanmaq istəyirlər. Amma bunların heç biri etik qaydaları pozmağa əsas vermir. Belə biabırçı halların nə vaxta qədər davam edəcəyi barədə konkret nəsə deyə bilmərəm. Lakin əsas məqsəd tamaşaçıya xidmət yox, pul qazanmaq olduğu müddətcə belə olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri