Icma.az
close
up
RU
Efirdə layiqsizlər daha çoxdur Yusif Ağayev vacib suallardan yayındı

Efirdə layiqsizlər daha çoxdur Yusif Ağayev vacib suallardan yayındı

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı və radio dj Yusif Ağayev Moderator.az-ın suallarını cavablandırıb.

-Yusif bəy, bu günlərdə doğma kanalınız olan ATV-də sizi yenidən aparıcı qismində gördük. Qonağınız da müğənni Elnur Məmmədov idi. Olmaya 2026-cı ildə efirə qayıdırsız?
-Hər zaman efiri layiqli tərənnüm etməyə çalışdım. Bayağı, qondarma veriliş təqdim etmədim. Bunu ən birinci tamaşaçıya, daha sonra isə özümə rəva bilmədim. Əfsus ki, indi bunun tam əksini görürəm.

-Sualdan yayındınız...
-Mənim üçün prioritet-savadlı musiqi, sənət fədaisi, dünyagörüşü yetərli olmaqdır.

-Yusif müəllim, çox böyük ustalıqla sualdan yayınırsınız. Sizi müğənni Elnur bəylə efirdə gördük.
-Elnurun xətrini çox istəyirəm. Sənətinə, alicənablığına, şəxsiyyətinə böyük hörmətim var. Həm də axı o, nəhəng bəstəkar-Vaqif Gərayzadə məktəbi keçib.

-Belə başa düşdüm ki, bu sizin efirə qayıdışınızdır.
-Elnurla əməkdaşlığımız da oldu. Musiqisi Emil Şahinə aid "Bilmirəm" adlı mahnının sözlərini yazdım. Elnur mahnını elə mükəmməl ifa etdi ki, özüm belə inanmadım ki, mahnının sözləri mənə aiddir.
-Onda belə qənaətə gəlmək olarmı ki, dinləyiciləri yeni işbirliyi gözləyir?
-Nəyin bahasına olursa-olsun, hər şeyi, hər addımımı reklam etməyi sevmirəm. Həyat da ani sürprizlərlə arasıra dolanda mənalı olur.-Çox nadir hallarda müsahibə verməyinizi bilirdim. Bəs sualdan yayınmağınızın səbəbi nədir?
-Artıq elə bir dövrə gəlib çıxdıq ki, süni intellekt hər yerə hakim kəsilməyə başlayıb. İstədiyin verilişi müasir texnologiyanın köməyilə yaratmaq mümkündür.
-Onda belə çıxır ki, sizi süni intellektdə görəcəyik?
-(susur)

-Bir neçə gün öncə ad gününüz idi. Adətən Bakıdakı qızınızın ailəsi ilə birlikdə keçirisiniz, amma sosial şəbəkədəki paylaşımlardan belə qənaətə gəldim ki, Vyanadasız...
-Avstriyanın paytaxtı Vyanaya səfərimin ərəfəsi idi. Həm də çox adam bilir ki, 28 dekabr mənim həm ad günüm, həm də atamı itirdiyim gündür. Adətən 28 dekabrda onun məzarını ziyarət edirəm. Qəbir üstündən ad günü şənliyinə gəlib şadlana bilməzdim. Hər dəfə o tarixdə dünya mənə dar gəlir, məzarı üstündə balaca Yusifə çevrilib "Ata" deyib hönkürürəm. Qəbiristanlıqdan ad günü masasına yollanmaq olmur. Hamı üçün ad günü şad günüdürsə-mənim üçün dərdli, qara gündür. Belə qərara gəldik ki, 13 yanvar tarixində həm ad günü, həm də köhnə yeni ili birlikdə qeyd edək.

-Ad gününüzü və keçmiş bayramınızı ürəkdən təbrik edirəm.
-Çox sağ olun, minnətdaram!
-Yusif bəy, bu gün efirlərdə layiqli aparıcılar çoxdur yoxsa layiqsizlər? Yəni siz bugünki aparıcıları öz dövrünüzdəkilərlə  müqayisə edə bilərsinizmi? Ümid edirəm bu sualdan yayınmayacaqsız...
-İndi bu suala da baxır hansı prizmadan yanaşaraq cavab verəsən. Dövr hər zaman eyni olub-amma, dünyagörüşü, savad, intellekt fərqli olub. İndi qeyd etdiyiniz kimi layiqsizlər daha çox hörmətli, izzətli, qiymətli və istəklidirlər. Bunu guya siz bilmirsiz? layiqli isə təmkinli, səbirli, gələcəyə ümidli, əhatəsinə çox diqqətli və məsuliyyətlidirlər. Layiqlilər öz şəxsi sərhədlərini qoruyur və reytinq naminə kimlərinsə sərfəli resursu olmaqdan çəkinirlər. Tamaşaçı gözü isə bunu çox yaxşı ayırd edir. Amma, deyəsən bu sualınızdan yayınmadım.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2026 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri