Icma.az
close
up
RU
Efirə sərxoş çıxan hansı müğənnilərdir? Xalq artistlərindən SƏRT REAKSİYA

Efirə sərxoş çıxan hansı müğənnilərdir? Xalq artistlərindən SƏRT REAKSİYA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Tarixin bir günü” verilişində qonaq olan Əməkdar artist Vasif Məhərrəmli bəzi sənət adamlarının efirə sərxoş halda çıxdığını iddia edib. O, deyib ki, bəzi sənətçilər içkili halda proqramlarda qonaq olublar:
“Zaman-zaman efirlərə sərxoş insanları çıxarırlar. İçkili vəziyyətdə efirə çıxırlar, ağzının danışığını bilmirlər, ailələr, uşaqlar, yaşlılar onları izləyir.
Sənət adamı örnək olmalıdır. Televiziyaya məbəd kimi baxmalıyıq, oyuncaq deyil, hər birimiz buradan yararlanıb, tərbiyələnirik. İstəsən də, istəməsən də, televiziyanı açıb Toliki, Zauru, digər aparıcıları izləyirsən.
Televiziyada senzura olmalıdır, mahnılar da senzuradan keçməlidir. Görürsən ki, o adam efirə çıxacaq halda deyil, sərxoşdur, ya da başqa nəsə qəbul edib. Qoy, o kreslo boş qalsın. Sən də efirdə elan et ki, filankəs sərxoş gəlmişdi, tamaşaçımıza hörmət edib onu efirə çıxarmadıq”.
Təbii ki, sənətçinin fikirləri ciddi əks-səda doğurub.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti Nazpəri Dostəliyeva təəssüflə bildirib ki, bu gün efirlər biabırçı günə qalıb:
“Hər dəfə efirə baxanda təəccüblənməmək mümkün deyil. Tərbiyəsizlik, musiqinin məhvi, tanınmayan adamların ağzına gələni danışması bugünkü efirlərin acı reallığıdır. Bu gün televiziyalar təsadüfi adamların qeybət yerinə çevrilib. Efirə kimlərin içkili vəziyyətdə gəlməsi barədə mənim informasiyam yoxdur.
Amma efirlərin bu qədər əcaibləşməsi mənim üçün təəccüblü deyil. Musiqi zövqü, səsi olmayan adamlar asanlıqla efirlərə çıxır və orada nə istəyirlər danışırlar, təkcə sənətdən başqa. Kim-kimə nə istəyir deyir, şəxsi məsələlər ortalıqdadır. Ona görə də efirdə baş verən heç nə məni təəccübləndirmir”.
Xalq artisti Əbdül Mahmudov isə sözügedən vəziyyətin acı reallıq olduğunu qeyd edib:
“Bu gün səsi və sənəti olmayanların efirlərdə at oynatmasının günahı özümüzdədir. Belələrini biz başa keçirtmişik. Orasın-burasın düzəltdirib səhnə alanlar toya 8-10 min manata gedir. Pul onlarda, imkan onlarda... Bircə sənətləri yoxdur.
 

Bir faktı deyim. Böyük sənətkarımız Alim Qasımovla bu yaxınlarda bir toyda idik. Bir müğənni düşmüşdü ortaya. Baxdıq ki, ortada atılıb düşsə də, fonoqramadakı səs başqa müğənniyə aiddir. Sonradan məlum oldu ki, müğənni sərxoşdur.


Bu gün sənətdən uzaq olanlar xalqın hesabına topladıqları sərvət hesabına meşşan həyat yaşayırlar. Üstəlik xalqa hörmətsizlik edirlər. Efirlərə, tədbirlərə və toylara sərxoş gəlirlər. Mən günahı heç kimdə yox, özümüzdə görürəm”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri