Icma.az
close
up
RU
Efirin “canlı ifa” fırıldağı… Nura Suri müğənniləri rüsvay etdi

Efirin “canlı ifa” fırıldağı… Nura Suri müğənniləri rüsvay etdi

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Şou-biznes haqqında kitab yazmaq qərarına gəldim. Çünki illərdir pərdəarxasında baş verənləri yalnız içəridə olanlar bilir. Tamaşaçı isə səhnədə gördüyü parıltıya aldanır.

İlk növbədə, siz “canlı ifa” hesab etdiyiniz çıxışların çoxu əslində playback-in müxtəlif formalarıdır. Konsertdən əvvəl studiyada vokal yazılır, double səslər əlavə olunur, nəfəs səsləri təmizlənir, səs düzəldilir, hündür notlar bərkidilir. Yəni artıq bir “ideal vokal paketi” hazırlanır. Konsertdə isə həmin paketin üzərinə canlı oxunur ki, səhvlər – deton, nəfəs çatmaması, yorğunluq – eşidilməsin.

Tribuna-nın məlumatına görə, bu barədə müğənni Nura Suri yazıb. O bildirib ki, bu proses o qədər ustalıqla həyata keçirilir ki, tamaşaçı bunun playback olduğunu heç vaxt hiss etmir:

“Çünki mikrofonun içində belə xüsusi efektlər olur. Pulun varsa, konsert günü səhnəyə əlavə aparat gətizdirirsən, səs rejissoru da həmin anda ifanın üzərinə “reverb”, “delay”, “harmonizer” və digər effektləri qoyur. Tamaşaçı isə düşünür ki, “bu nə gözəl canlı səsdir”.

Söhbət bununla da bitmir.

Konsert yazısı YouTube və televiziya üçün hazırlananda proses yenidən studiyaya qayıdır. Bütün alətlər, back vokallar, hətta zaldan gələn alqış-küy də ayrıca təmizlənir. İfaçının səsi səs proqramlarına salınır, notlar düzəldilir, çatışmayan yerlər yenidən oxudulur və montaj olunur. Sonda ideal, qüsursuz bir “canlı konsert” ortaya çıxır.

Və siz də elə bilirsiniz ki, həmin müğənni 2–3 saat konsertdə yorulmadan, bir dəfə belə detona düşmədən, tərtəmiz canlı oxuyub.

Mən isə illərdir bu proseslərin içindəyəm və yaxşı bilirəm ki, həqiqət tam başqa tərəfdədir. Tamaşaçıya göstərilən “canlı ifa” adətən çox peşəkar şəkildə hazırlanmış, lakin bir o qədər də manipulyasiya olunmuş səsdir”.

N. Suri əlavə edib ki, yazcağı yeni kitabında bütün bunları, həmçinin səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu, hansı müğənninin kimləri pulla qabağa çəkdirdiyini, kimlərin kimə qarşı qapı arxasında kampaniya apardığını, pərdəarxasında hansı mübarizələrin getdiyini açıq şəkildə yazacaq.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see236

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see154

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see150

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see149

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see149

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see141

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see137

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri