Icma.az
close
up
RU
Efirlərdən qovulan müğənnilərin intiqamı

Efirlərdən qovulan müğənnilərin intiqamı

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Budur, o gün gəlib çatdı. İllərlə "Qulaqlarımız qanadı!", "Estetik zövqümüz məhv oldu!", "Bu bayağılıq nə vaxt bitəcək?" deyə fəryad edən ziyalılarımızın, sənətsevərlərimizin və sadəcə musiqi duyumu yerində olan sıravi vətəndaşların duaları qəbul olunmuşdu. Televiziya rəhbərləri, nəhayət ki, qırmızı düyməni basdılar: Efirlərə bayağı müğənnilərin girişi qadağan edildi.

Hamımız necə də dərindən nəfəs aldıq! Sanki illərlə üstümüzə çökən o ağır, sintetik, ritmi pozulmuş "toy-büsat" dumanı birdən-birə çəkildi. Zənn etdik ki, artıq mavi ekranlardan yalnız təmiz intonasiya, düzgün harmoniya və mənalı mətnlər süzüləcək. Sevincimizdən az qala şampan partladıb, qələbə marşı çalacaqdıq. "Nə yaxşı, efirlərimiz daha keyfiyyətli olacaq," – deyib, məsum-məsum gülümsəyirdik.

Biz elə bilirdik ki, qapını bağlasaq, bayağılıq küçədə qalıb soyuqdan donacaq. Amma unudurduq ki, bayağılıq virus kimidir; sən ona qarşı peyvənd tapanda, o artıq mutasiyaya uğrayır. Qapıdan qovulanlar pəncərədən, həm də əllərində heç gözləmədiyimiz bir silahla qayıtdılar: Klassika ilə!

Bəli, o möhtəşəm, toxunulmaz bildiyimiz, qızıl fondda saxladığımız klassika ilə.

***

Efir qadağası bu müğənnilər üçün əslində, ekzistensial böhran idi. Onların illərlə oxuduqları "qaçdım-tutum", "sevdik-ayrıldıq-gəl-barışaq" mövzulu, 3 akkorddan ibarət "şedevrlər"i birdən-birə arzuolunmaz elan edildi. Bəs "sənətkar" neyləməlidir? O, xalqa, efirə, ən əsası isə diqqət mərkəzinə qayıtmalıdır. Strategiya necə cızıldı? Çox sadə və şeytani bir zəkayla: "Əgər mənim mahnımı bayağı adlandırıb efirə qoymurlarsa, elə bir mahnı oxuyum ki, ona toxuna bilməsinlər. Mən Füzulidən, Üzeyir Hacıbəylidən, Fikrət Əmirovdan oxuyum. Cürətləri çatır, Fikrət Əmirova efir qadağası qoysunlar”.

Bununla da, musiqidə “çirkli pulların yuyulması” prosesi başladı. Necə ki, qanunsuz yolla qazanılan pulları leqal bizneslərə yatırıb təmizə çıxarırlar, bizim bayağı müğənnilər də öz ucuz və bayağı imiclərini dahi bəstəkarların təmiz, klassik əsərlərinə büküb "sənətkar" kimi leqallaşdırmağa başladılar. Ancaq bir detalı unutdular: bahalı kostyum geyinmək adamı aristokrat etmədiyi kimi, klassik mahnı oxumaq da səs tellərini və estetik zövqü avtomatik olaraq təmizləmir.

***

Bunun ən parlaq, daha doğrusu, ən qaranlıq nümunələrindən biri Şəbnəm Tovuzlunun ifasında Mətanət İsgəndərlinin "Mübarək olsun" mahnısıdır.

O mahnını dinləyəndə adamın gözünün qabağında yamyaşıl çəmənliklər, səməni, təbiətin oyanışı canlanırdı. İndi isə həmin mahnını Şəbnəm Tovuzlunun ifasında dinləyirik. Dinləmirik e, əslində, bu ifaya "məruz qalırıq".

Şəbnəm xanımın səsindəki o məşhur "qəmzəli-məlahətli" vibrasiyalar, əslində, bahar sevincindən çox, qışın ortasında kombisi xarab olmuş vətəndaşın iztirabını xatırladır. Mahnının ritmi, enerjisi sanki ağır bir depressiyanın içindən süzülüb gəlir. Sözlər "Bahar xoş gəlibdir" deyir, amma ifaçının səsi "Kaş bu bahar heç gəlməyəydi" mesajını verir.

Hələ o geyim! Ah, o geyim! "Milli kolorit" qatmaq adına geyinilmiş o milli geyimə bənzəyən paltar. Təsəvvür edin, kimsə hansısa bir tarixi filmin kütləvi səhnələrindən artıq qalmış, ya da ucuz internet mağazalarından "Azərbaycan milli geyimi - endirimlə" başlığı altında sifariş verilmiş bir paltarı Şəbnəm xanıma geyindirib. Geyim ona o qədər yaraşmayıb, o qədər əynində "yad" qalıb ki, adam baxanda elə bilir ki, ifaçı hər an "Bu paltar məni boğur, çıxarıb atım, mənə öz zərli-qaşlı, dar donumu verin!" deyib səhnədən qaçacaq. Milli geyim bir xarakterdir, bir duruşdur. Onu geyinəndə gərək ruhun da o libasa uyğun gələ. Amma Şəbnəm xanımın üzündəki o öyrəşdiyimiz "modern-bayağı" mimikalarla o qədimi libas arasında yaranan vizual kontrast beynimizdə qısaqapanma yaradır.

***

Hələ mən şərhlərdəki bot hesablarda tərifi gözlə gedən xüsusi amansızlıqla qanına qəltan etdiyi "Dilbərin ariyası"ndan (Fikrət Əmirov, "Sevil" operası) danışmıram.

"Dilbərin ariyası" deyəndə ağlımıza kim gəlir? Əlbəttə ki, Flora Kərimova. Flora xanımın o büllur kimi, şüşəni kəsəcək qədər iti, eyni zamanda, ruhu oxşayan səsi. O səs ki notların üzərində akrobat kimi gəzişir, heç bir xaric oxuma, heç bir detonasiya yoxdur. Bu ifa bir növ, vokal sənətinin Everestidir.

Bəs Vəfa Şərifova nə etdi? O, nəinki bu Everestə dırmanmağa cəhd etdi, o, dağa birbaşa ekskavatorla girməyə çalışdı. Vəfa xanımın daha çox el şənliklərinin səs-küylü mühitinə hesablanmış səsi ilə operanın incəliyini, ariyadakı texniki çətinlikləri "aşma" (daha doğrusu, altında qalma) cəhdi sözün əsl mənasında qulaq qanamasıdır. O yüksək notlara çatmaq üçün göstərilən fiziki və mənəvi əzab, səs tellərinin fəryadı tamaşaçıda yalnız bir hiss yaradır: Rəhm. Doğrudan da, adam Vəfa xanıma rəhm edir ki, axı niyə özünüzü bu qədər zülmə salırsınız? Sizin ki, rahat, heç kimin ifanıza heç nə deməyəcəyi, əksinə, bir şax yüzlük yapışdıracağı repertuarınız var...

***

Məsələ sadəcə bir ariyanın və ya mahnının pis ifa olunub qulağımızı deşməsi deyil. Əsl fəlakət bu "musiqili terrorun" cəmiyyətin, xüsusən də gənc nəslin şüuraltısına elədiyi amansız hücumdur.
Cəmiyyət üçün əvvəlcə qəbuledilməz, iyrənc və ağlasığmaz görünən bir fikir (və ya hadisə) davamlı olaraq, fərqli formalarda təqdim edildikcə, zamanla normallaşır və sonda standart qaydaya çevrilir. Bayağı müğənnilərin klassikaya əl atması məhz bu prosesin başlanğıcıdır.

Siz televizoru açırsınız, Vəfa Şərifovanın "Dilbərin ariyası"nı "boğmasını" dinləyib gülürsünüz, əsəbiləşirsiniz, bəlkə də pultu televizora çırpmaq istəyirsiniz. Amma o ifa yutubda, tiktokda milyon dəfə qarşınıza çıxır. Trendə düşür, mem olur, parodiya edilir.

Və beyin özünün o məşhur, qorxunc xüsusiyyətini işə salır: Adaptasiya.

İki ay sonra o xaric səslər, o bərbad intonasiyalar sizin qulağınıza əvvəlki kimi dəhşətli gəlmir. Kütlə buna öyrəşir. Sənətin təməli olan "estetik meyar" yavaş-yavaş aşağı çəkilir. Dünənə qədər "Bu nə biabırçılıqdır?!" dediyimiz ifa, sabah "Əşi, neyləsin yazıq, özünə görə oxuyur da" şəfqətinə çevrilir. Zövqün deqradasiyası məhz belə başlayır – inqilabla yox, təkamüllə. O xaric səslər bizi öldürmür, amma şikəst edir. Deyirlər ee, ölüm bundan yaxşıdır, bax elə.

***

Təsəvvür edin, 15 yaşlı bir gənc bu gün internetdə vurnuxur. O, Flora Kərimovanı gəncliyində canlı dinləməyib. O, Flora xanımın o bənzərsiz səsi ilə oxuğu mahnılara qulaq asmayıb. Onun qarşısına Vəfa Şərifova çıxır və gənc elə düşünür ki, "Dilbərin ariyası" elə bu cür, bu qədər bayağı, bu qədər əzabkeş bir ritmlə oxunmalıdır. Mahnının kodu gələcək nəslin beynində Vəfa Şərifovanın səs tellərinin formatında yazılır.

Sabah həmin gənc Flora xanımın ifasını eşidəndə ona qəribə gələcək. Çünki onun reallığı artıq saxtalaşdırılıb. O, təmiz suyu deyil, xlorlu suyu norma kimi qəbul edib və təmiz su ona dadsız gələcək.

Cəmiyyətin musiqi zövqünə vurulan ən böyük psixoloji zərbə budur: Orijinalın surətə, surətin isə bayağıya məğlub olması.

Biz uşaqlarımıza qoyub gedəcəyimiz mədəni mirası öz əlimizlə, həm də efir qadağaları kimi "müqəddəs" bir amalla bu insanların ixtiyarına vermişik.

***

Digər tərəfdən, musiqi təhsili olan, yaxud sadəcə qulağı klassik musiqiyə, təmiz muğama, düzgün notlara öyrəşmiş təbəqə üçün bu baş verənlər sözün əsl mənasında əzabdır.

Sən bilirsən ki, bu ifa başdan ayağa xaricdir. Ancaq sən televizoru açırsan, verilişin aparıcısı ayaq üstə alqışlayır: "Möhtəşəm ifa! Vəfa xanım bir ilkə imza atdı!" Zaldakı tamaşaçılar əl çalır, şərhlərdə minlərlə insan "Səsinizə qüvvət, sənətkar!" yazır. Sən isə evdə, divanda oturub öz-özünə düşünürsən: "Mən dəli olmuşam? Bəlkə, mən musiqidən heç nə anlamıram? Bəlkə, doğurdan da bu qışqırıq sənətdir?"

Bax bu, insanın reallıq hissini əlindən almaqdır. Bu, cəmiyyətin ziyalı, düşünən, hiss edən təbəqəsinə qarşı açıq-aşkar psixoloji işgəncədir. Musiqi zövqü yüksək olan adamlar bu gün sanki yadplanetlilərin işğalına məruz qalmış, dilini heç kimin başa düşmədiyi bir adada təkbaşına qalmış kimi hiss edirlər. Onlar kütləvi zövqsüzlüyün içində mədəniyyət klostrofobiyası yaşayırlar. Hər yerdən üstlərinə gələn bu saxta "klassika" onların nəfəsini kəsir.

***

Biz "bayağılıq getdi" deyib sevindiyimiz yerdə, əslində, sənətimizin qızıl fondunu öz əllərimizlə onlara vermişik. Cəmiyyət olaraq biz estetik zövqümüzü xilas etmək üçün efirləri süzgəcdən keçirdik, amma qarşılığında mədəni mirasımızı bu adamların "yaradıcılıq eksperimentləri"nin poliqonuna çevirdik. Bayağı müğənninin öz bəsit mahnısını oxuması psixoloji olaraq daha zərərsiz idi. Çünki o, öz səviyyəsini, öz kontingentini bilirdi. Kim istəyirdi qulaq asırdı, kim istəmirdi kanalı dəyişirdi. Amma indi onlar milli-mənəvi sərvətlərimizə əl uzadıblar.

Gəlin bir razılığa gələk. Nə olar, o qadağanı ləğv edin. Buraxın onları yenidən öz ucuz, bayağı, sintetik toy mahnılarına. Qoyun yenə "ayrılmışam, gələrəm, gedərəm, öldürərəm, qışqıraram" oxusunlar. Qoyun yenə öz 3 akkordlu, səs tellərinə ehtiyac duyulmayan mahnıları ilə efirləri doldursunlar. Biz o mahnılara qulağımızı tıxamağı, kanalı çevirməyi öyrənmişdik, o bizim immunitetimiz idi.

Amma təki, nolar, təki bizim klassikaya, dahi bəstəkarların ruhuna, "Dilbər"in ariyası”na toxunmasınlar! Qoymayın bizim uşaqlarımız Fikrət Əmirovu o cür xatırlasın. Bayağılıq öz simasında nə qədər dözülməzdirsə, klassika maskası taxanda bir o qədər qorxunc, travmatik və məhvedicidir. Belə görürəm, biz musiqimizi xilas edə bilmədik, heç olmasa, qoyun xatirələrimiz təmiz qalsın. Çünki belə getsə, o "xoş gələn Bahar", mədəniyyətimizin ən sərt və amansız qışına çevriləcək.

“Pivə mənim sevgilimdir” Kişilərdəki qadına məxsus xüsusiyyətlər ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Mart 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri