Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qadağa qoyuldu
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyasına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə onun hüquqlarını müdafiə edən Sosial Ədalət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qərar müvəqqəti xarakter daşıyır, belə ki, milli məhkəmələr səviyyəsində işə baxılması hələ başa çatmayıb.
Qeyd edək ki, Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərarı Tbilisi şəhər məhkəməsi ötən ilin noyabrın 28-də qəbul edib. O, ötən ilin avqustun 4-də Tbilisidə saxlanılıb.
Xatırladaq ki, “Azel TV” xəbər portalının baş redaktoru olmuş Ə.Sadıqov 2020-ci ildə Azərbaycanda qabaqcadan əlbir olan bir qrup şəxslə xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2022-ci ildə əfv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















