Icma.az
close
up
RU
Əfqan Səlimə bacısının nömrəsini istəmədiyini bildirdi... MƏHKƏMƏ

Əfqan Səlimə bacısının nömrəsini istəmədiyini bildirdi... MƏHKƏMƏ

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Hətəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əfqana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 yanvar 2024-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Təpə” deyilən ərazidə baş verib. 
Hətəm tanışı Əfqanla telefon danışığı zamanı ona söyüş söyməsinə, onunla münasibətlərinin aydınlaşdırılmasından ötrü görüşə çağırıb. O, Əfqana qarşı qanunsuz hərəkətlər etməsinə görə, bıçaqla onun qarın nahiyəsindən 1 dəfə vurub.
Hadisəni törədən Hətəmin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hətəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səlim onunla qonşuluqda yaşayır, zərərçəkmiş Əfqan isə digər məhəllədə yaşayır: “Onları uzun müddətdir ki, tanıyıram. Hadisədən təxminən 1-2 ay əvvəl Səlim “Whatsapp” mobil tətbiqi vasitəsilə Əfqanla olan fotoşəklini paylaşdı və həmin şəkilin qeyd hissəsində “qardaşım” yazdı. Mən də həmin fotoşəkilə cavab kimi “dostluğunuz əbədi olsun” yazdım. Səlim mənə “sən də bizim qardaşımızsan” deyə mesaj yazdı. Mən də a ona “Allah etməsin, siz mənim qardaşım olasınız” deyə cavab yazdım. Daha sonra Səlim mənimlə  görüşərək nə üçün mənə elə cavab yazmağımı soruşdu. Səlimə Əfqanın məndən onun bacısının nömrəsini istədiyini dedi. Səlim Əfqanla danışmağa getdiyini dedi. Mən də onu Əfqanla görüşməyə tək getməyə qoymadım. Əgər mən yalan demiş olsaydım, Səlim Əfqanla görüşməyə tək getməsinə razı olardım. Biz Əfqanla danışdıq, bu söhbəti etdik. Əfqan Səlimə bacısının nömrəsini istəmədiyini bildirdi. Bu məsələ həmin söhbətlə yekunlaşdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2 ay sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində kafelərin birində çay içərkən Əfqan ona zəng edib və yerini deməyini tələb edib: “Mən ona yerimi demədim. Onu məhəlləyə çağırdım. Təxminən 5-10 dəqiqə sonra yenidən zəng edərək “gəlmiyəcəksən sən evə?” deyə yüksək səs tonu ilə sual verdi. Mən də ona “gəlib sənin ağzını cıracam” deyə cavab verdim. Belə dedikdən sonra mən ona qarşı nalayiq ifadələr səsləndirməyə başladım. Təxminən 10 dəqiqə sonra Səlim zəng etdi. Mən də əsəbi olduğum üçün Səlimə qarşı nalayiq ifadələr səsləndirdim. Bundan sonra taksi sürücüsü Əlidən məni Mehdiabad qəsəbəsində yerləşən “Təpə” deyilən əraziyə aparmasını bildirdim. Oraya çatdıqda, Səlim öndə, Əfqan arxada gəldiyini gördüm. Onlar məni vurmağa gəlmişdi. Səlim ilk olaraq vuraraq məni yerə yıxdı. Sonra Əfqan gəldi və o da mənə zərbə vurdu. Bundan sonra Səlim yenidən gəldi və məni yenidən vurdu. Onlar ikisi də məni döydülər. Bir qədər kənara qaçıb bizdən uzaqlaşdı və üzərimdə olan bıçağı onları qorxutmaq məqsədilə çıxardım. Həmin vaxt Əfqan da üzərindən bıçaq çıxardı. Səlim əlinə daş götürərək üzərimə gəldi və “vur məni” deyə səslənməyə başladı. Səlim ilə əlbəyaxa olan zaman Əfqan tullanaraq mənə təpik vurarkən bıçaq ona dəydi. Əfqan məni  söydü və alçaltdı. Mən Əfqanı bıçaqla vurmaq istəmədim. Əfqanla barışmışam”. 
Hətəm qeyd edib ki, hadisə baş verdiyi gün axşam Abşeron rayonu, Digah qəsəbəsində yaşayan dostugildə qalıb: “Növbəti gün səhər saatlarında anam zəng edərək, polis əməkdaşlarının məni axtardıqlarını bildirdi. Bundan sonra mən könüllü olaraq polis bölməsinə gedərək təslim oldum. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əfqanın sözlərinə görə, təqsirləndirilən Hətəm ilə qonşuluqda yaşayır və bir-birilərini uzun müddətdir ki, tanıyırlar: “Bir gün Səlim mənə zəng edərək işi olduğunu və görüşmək istədiyini bildirdi. Mən onunla görüşdüm və onun avtomobilində təqsirləndirilən Hətəm də olub. Onlar mənə guya təxminən 7-8 il əvvəl Səlimin bacısının mobil telefon nömrəsini Hətəmdən istəməyim barədə dedilər. Təbii ki, mən də belə bir halın olmadığını bildirdim. Hətəm belə bir hal olubsa belə, bunu nə üçün həmin vaxt deyil, 7-8 il sonra dediyini soruşdum. Bizim bu söhbət yarımçıq qaldı və biz ayrıldıq. Təxminən 2 ay sonra mən Hətəmə zəng etdim. Ona zəng edərkən spirtli içki qəbul etmişdim və sərxoş vəziyyətdə olmuşdum. Hətəm zəng etdim və görüşmək istədiyimi bildirdim. Gələcəyini bildirsə də, bir müddət keçməsinə baxmayaraq gəlmədi. Yenidən zəng edərək gəlmədiyini soruşdum. Mən onunla kobud şəkildə danışdım. Ona üstümə qışqırmamasını bildirdim, ona “paçan” deyə müraciət etdim. Bundan sonra Hətəm mənə “gör paçan səni neyniyəcək” deyə cavab verdi. Mən Hətəmi məhəlləyə çağırsam da, o, məni Mehdiabad qəsəbəsində yerləşən “Təpə” deyilən əraziyə gəlməyimi bildirdi. Mən onu işıqlı yerə çağırdım. Lakin onun təklifindən sonra məcbur qalaraq dediyi yerə getdim. Hətəmə söyüş söyməmişəm”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hətəmin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tovsif edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilib. Hətəmə 1 il 6 ay müddətinə sınaq olmaqla 3 il 6 ay şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri