Əfqanıstan vətəndaşı Almaniyada DƏHŞƏT SAÇDI Ölü və yaralılar var...
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın Aşaffenburq şəhərində dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, şəhərin parklarından birində 28 yaşlı bir şəxs bıçaqla insanlara hücum edib.
Nəticədə iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. Həlak olanlardan biri azyaşlıdır.
Hadisə ilə bağlı “Reuters” informasiya agentliyi məlumat yayıb. Qeyd olunur ki, hücumu törətməkdə şübhəli bilinən şəxs dərhal saxlanılıb. Onun Əfqanıstan vətəndaşı olduğu bildirilir. Hücumun motivləri barədə hələlik heç bir məlumat verilməyib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır. Hadisə zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı tibbi qurumlar tərəfindən məlumat verilib. Yaralıların vəziyyəti ağır kimi qiymətləndirilir və onlar xəstəxanada müalicə altındadır.
Məsələ ilə əlaqədar olaraq, yerli hakimiyyət orqanları əhalini sakitliyə çağırıb. Polis ictimaiyyəti məlumatlandırmaq üçün əlavə açıqlamalar verəcəyini bildirib. Hazırda hadisənin təfərrüatları və şübhəlinin motivləri müəyyənləşdirilməkdədir.\\musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Yanvar 2025 02:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















