Əfqanıstanda azyaşlılarla nikah qanuniləşib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Əfqanıstan hakimiyyəti ölkədə doqquz yaşından etibarən qızların nikaha daxil olmasını qanuniləşdirib.
Trend xəbər verir ki, bu barədə Əfqanıstan mediası "Həyat yoldaşlarının ayrılması prinsipləri” adlı sənədə istinadən məlumat yayıb.
Qeyd edilib ki, “Taliban” faktiki olaraq qızlar üçün müəyyən edilmiş minimum nikah yaşını ləğv edib və nikaha daxil olmaq hüququnu cinsi yetkinliyin başlanması ilə əlaqələndirib.
Məlumata görə, qızlarda cinsi yetkinlik səkkiz yaşdan 13 yaşadək dövrdə başlaya bilər.
Bundan əvvəl, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən öncə, 1977-ci il qanununa əsasən nikah üçün minimum yaş qızlar üçün 16, oğlanlar üçün isə 18 yaş idi. Bununla yanaşı, 16 yaşdan kiçik qızlar atanın və ya hakimin icazəsi ilə nikaha daxil ola bilirdilər. Lakin 15 yaşdan kiçik qızlarla nikahlar qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında 2009-cu il qanunu ilə cinayət əməli hesab edilirdi.
Baxış sayı:112
Bu xəbər 22 May 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















