Icma.az
close
up
RU
Əfqanıstanda zəlzələdən sonra daha iki şiddətli yeraltı təkan qeydə alınıb

Əfqanıstanda zəlzələdən sonra daha iki şiddətli yeraltı təkan qeydə alınıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Əfqanıstanın şərqində 12 saat ərzində daha iki güclü yeraltı təkan baş verib.

Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, cümə günü ölkənin cənub-şərqində, 10 kilometr dərinlikdə 5,4 maqnitudalı zəlzələ baş verib. “Reuters” xəbər verir ki, bu, dörd gün ərzində zəlzələlərin 2200-dən artıq insanın ölümünə səbəb olan bölgədə cümə günü daha çox insan tələfatı və dağıntılar qorxusunu artırıb.

BMT və digər qurumların təcili təchizat, qida, dərman və sığınacaq ehtiyacları barədə xəbərdarlığı və Ümumdünya Səhiyyə Təşkilatının 4 milyon dollar tələb etməsi fonunda zəlzələlərin tez-tez baş verdiyi bölgədə sağ qalanlar əsas ehtiyacları təmin etmək üçün mübarizə aparır.

Son yeraltı təkanlar müharibə, yoxsulluq və humanitar yardımın azalması ilə üzləşən Cənubi Asiya ölkəsini viran qoyan iki zəlzələdən sonra baş verib. Hakimiyyət orqanları cümə axşamına qədər 2205 nəfərin öldüyünü, 3640 nəfərin yaralandığını bildirib.

Nanqarhar əyalətinin səhiyyə departamentinin sözçüsü Nəcibullah Rəhimi cümə axşamı baş verən zəlzələnin mərkəzinin Pakistanla sərhədə yaxın Şiva bölgəsində olduğunu və dağıntılar barədə ilkin məlumatların gəldiyini bildirib.

ÜST əsas yollardakı sürüşmə və dağıntıların xilasetmə səylərinə mane olduğunu bildirib, səhiyyə və xəstəliklərə nəzarət üçün daha çox maliyyə vəsaiti ayırmağa çağırıb. Təşkilat, həmçinin həddən artıq dolu sığınacaqlar, təhlükəli su və qeyri-adekvat tullantıların idarə edilməsi ilə bağlı xəstəlik riski barədə xəbərdarlıq edib. Eyni zamanda, Pakistandan bu yaxınlarda deportasiya edilən əfqanların axını onsuz da kövrək olan səhiyyə sisteminə əlavə gərginlik yaradır.

Əfqanıstan hökuməti bazar günü baş vermiş fəlakətdən qısa müddət sonra təcili humanitar yardım üçün bütün dünyaya müraciət edib. Lakin 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra dünya tərəfindən böyük ölçüdə diqqətdən kənarda qalan bu ölkəyə göndərilən yardım azdır. Əfqanıstan həm də qonşu İran və Pakistandan didərgin düşmüş milyonlarla əfqanın yaratdığı problemlərlə, eləcə də ölkənin şimalında quraqlığın fəsadları ilə mübarizə aparır. Zəlzələdən xilas olmaq üçün ayrılan vəsaitin tezliklə tükənəcəyini bildirən BMT də təcili humanitar yardım üçün müraciət etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri