Əfqanıstanla ABŞ arasında kritik razılaşma: Ömürlük məhbus azad edildi, əvəzində...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əfqanıstan və ABŞ arasında məhbus mübadiləsi baş verib. ABŞ-da saxlanılan bir əfqan vətəndaşının müqabilində iki Amerika vətəndaşı Əfqanıstanda azad edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Əfqanıstan Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Təxminən 20 il əvvəl Əfqanıstanın Nanqarhar əyalətində həbs edilən və ABŞ-a ekstradisiya edildikdən sonra ömürlük həbs cəzasına məhkum edilən Əfqanıstan vətəndaşı Xan Məhəmmədin azadlığa buraxıldığı bildirilib.
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, Kaliforniya həbsxanasında saxlanılan Məhəmmədin azadlığa buraxılması müqabilində 2 ABŞ vətəndaşı azad edilib.
Əfqanıstan administrasiyası azad edilən ABŞ vətəndaşlarının kimliyini açıqlamasa da, ABŞ mediası sərbəst buraxılan 42 yaşlı Ryan Corbett və 69 yaşlı Villiam Vallase McKentynin ölkələrinə qayıtmaq üçün yola düşdüyünü bildirib.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















