Icma.az
close
up
RU
Əfran İsmayılov: “Yerli məşqçilərə şans vermək, onlara güvənmək lazımdır” MÜSAHİBƏ

Əfran İsmayılov: “Yerli məşqçilərə şans vermək, onlara güvənmək lazımdır” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun Futbolinfo.az-a müsahibəsi

– Söhbətə DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçirdiyimiz matçdan başlayaq. Millimizin həmin görüşdə 0:5 hesabı ilə uduzmasının səbəbini nədə görürsünüz?

– Həqiqətən də, İslandiyaya məğlubiyyət çox üzücü, aciz yenilgi idi. Uşaqlar həmin görüşdə çox həvəssiz idilər, heç özlərinə inanmırdılar. Sanki önümüzdəki rəqib İspaniya millisi idi, rəqib təkqapı oynayırdı. Yekunda da böyükhesablı məğlubiyyət qeydə alındı. Uduzmaq olar e, amma belə aciz görünmək olmaz.

– İslandlara darmadağından sonra Fernandu Santuşun istefaya göndəriləcəyini gözləyirdiniz?

– İslandiyaya çox pis uduzduq. Bundan sonra toparlanmaq lazım idi. Bu zaman Santuşun istefaya göndərilməsi məsələsi gündəmə gəldi. AFFA-nın baş katibi Cahangir Fərəcullayevə təşəkkür düşür ki, dediyi sözün üstündə durdu və Santuşla yollar ayrıldı.

– Santuşun istefaya göndərilməsindən sonra millimizi Ukrayna ilə oyuna (1:1) Ayxan Abbasov çıxartdı. O, bir günün içində nəyi dəyişdi ki, güclü rəqibdən xal almağı bacardıq?

– Santuşun göndərilməsindən sonra AFFA rəhbərliyi bir günün içində Ayxan müəllimlə görüşdü və Ukrayna ilə oyuna komandanı onun çıxartmasını təklif etdi. Ayxan müəllim də bir azərbaycanlı olaraq, bu təklifi qəbul etdi. Hər birimiz Azərbaycan xalqı üçün çalışırıq. Ayxan Abbasovun bir günün içində komandaya belə motivasiya verməsi, kollektivə milli ruh gətirməsi alqışalayiqdir. Pis çıxmasın, milli üzvlərinin çoxusu Ayxanın əlinin altında böyüyüb. Hamısı Ayxan Abbasovu yaxşı tanıyır. Öz növbəsində, Ayxan müəllim də azərbaycanlı futbolçuları, Azərbaycan mentalitetini yaxşı bilir. İlk gündən demişdim ki, Santuşun gətirilməsi əlavə vaxt və pul itkisidir. Pulumuzu yedi, əvəzində Azərbaycan futbolunu geri saldı. Hamı gördü ki, Ayxan qısa müddətdə komandanı necə toparladı, milli ruhu, motivasiyanı uşaqlara qaytardı və meydana çıxıb sonadək mübarizə apardılar.

– Bir daha təsdiqləndi ki, motivasiyanın hesabına özündən güclü rəqiblərdən də xal almaq mümkündür…

– Elədir. Elvin Cəfərquliyev 90 dəqiqə pressinq etdi. Anton Krivotsyuk başını topun qabağına qoyurdu. Bunlar motivasiya ilə bağlı idi. Real danışsaq, Ukrayna və ya başqa yığmalardakı kimi səviyyəli futbolçularımız yoxdur. Amma biz bu cür motivasiya ilə xal və ya xallar ala bilərik. Həqiqətən də, Ukrayna ilə heç-heçə bizim üçün uğurdur, seçmə mərhələdə ilk xalımızı qazandıq. Üstəlik, bu, neçə aydan sonra qollu heç-heçəmiz idi.

– Ukrayna ilə görüşdə millimizin heyətində ən çox kimlərin performansını bəyəndiniz?

– Ayxan Abbasovun milliyə Rüstəm Əhmədzadə və Abdulax Xaybulaevi çağırması böyük iş idi. Onları görmüşdü, bilirdi ki, yığmaya fayda verə bilərlər. Həqiqətən də, Xaybulaev orta xətdə çox iş gördü. İkinci hissədə Rüstəmin yerinə Toral Bayramovu meydana buraxmaq oyunu oxumaq idi. Baş məşqçinin işi görünürdü.

– Hazırkı məqamda millini çalışdırmağa ən layiqli namizəd elə Ayxan Abbasov deyilmi?

– Mən Ayxanı dəstəkləyirəm, özünü sübut etdi. İnanıram ki, əsas millinin baş məşqçi postunda qalacaq. Onunla 1-2 illik yox, uzunmüddətli müqavilə imzalanmalı və düşündüklərini həyata keçirməyə imkan verilməlidir. Ayxanın bu işi bacaracağına inanıram. Bu, mənim şəxsi fikrimdir. Təbii ki, qərarı verən AFFA rəhbərliyidir. Amma bir daha sübut olundu ki, yerli məşqçilərə şans vermək, onlara güvənmək lazımdır. İllərdir, əcnəbilər gəlirlər və heç nə edə bilməyərək geri qayıdırlar. Mən də millinin oyunçusu olmuşam. Gəlirlər, pulumuzu yeyirlər, bizi geri salırlar, çıxandan sonra da deyirlər ki, Azərbaycanda futbol yoxdur. Hazırda millinin baş məşqçisi postuna namizədlər çoxdur. Rəşad Sadıqov, Elmar Baxşıyev və Samir Abasovun da adı hallanır. Amma Ayxan artıq bu komandanın içindədir. U-21-də çalışır, gənc futbolçuları yaxşı tanıyır, çempionata da bələddir. Hər bir şey onun nəzarəti altında olduqdan sonra Ayxanın illər keçdikcə yaxşı oyunçular üzə çıxaracağına və Azərbaycan millisini inkişaf etdirəcəyinə inanıram.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri