Icma.az
close
up
RU
Əfsanələrdə adı çəkilən, batan şəhərin izləri tapıldı GÖRÜNTÜLƏR

Əfsanələrdə adı çəkilən, batan şəhərin izləri tapıldı GÖRÜNTÜLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan sahilləri yaxınlığında dörd gil quyu, yüzlərlə saxsı qab qırığı və Qərbi Asiyadan gətirilmiş küp fraqmenti aşkarlanıb. Arxeoloqlar hesab edirlər ki, əfsanəvi qədim Pumfuhar şəhəri izsiz yoxa çıxmayıb. Ehtimallara görə, şəhər dənizin suları altında qalıb.

Modern.az xəbər verir ki, “National Geographic” nəşrinin yazdığına görə, qədim rəvayətlərdə adı çəkilən bəzi yerlərin müasir xəritədə həqiqi izlərini tapmaq olduqca çətindir.

Belə yerlərdən biri də qədim dövrlərdə Hindistanın şərq sahillərində yerləşən ən mühüm liman şəhərlərindən biri olmuş Pumfuhardır.

Hindistanın Tamilnad ştatında aparılan son arxeoloji ekspedisiya şəhərin dəniz dalğaları altında qalmazdan əvvəl nə qədər geniş əraziyə yayıldığı sualına cavab tapmağa bir addım da yaxınlaşdırıb.

Arxeoloqlar müasir sahil xəttindən 1,8–2,2 kilometr məsafədə, 10–12 metr dərinlikdə qazıntılar apararaq bir sıra unikal əşyalar aşkar ediblər.

Sualtı arxeoloji tapıntılar qədim Pumfuhar limanının digər ölkələrdən olan tacirlərlə davamlı ticarət əlaqələri saxladığına dair birbaşa sübutlar təqdim edir.

Su altında qalmış quyuların və keçmiş körpünün konturlarının aşkarlanması bu ərazinin vaxtilə çiçəklənən və insanların yaşadığı bir məkan olduğunu açıq şəkildə göstərir. Alimlər şəhərin bu hissəsinin dəniz səviyyəsinin yüksəlməsi və güclü tektonik proseslər nəticəsində su altında qaldığını ehtimal edirlər.

Hindistanın şərq sahillərində aşkar edilmiş artefaktlar qədim ədəbi mənbələrdəki məlumatların doğruluğunu təsdiqləyir. Əsrlər boyu bu zəngin və əfsanəvi liman haqqında məlumatlar eramızdan əvvəl VI əsrlə eramızın III əsri arasında yazılmış qədim tamil poemalarına əsaslanıb.

Həmin əsərlərdə şəhər Çola sülaləsinin hakimiyyəti dövründə dünyanın ən uzaq guşələrindən gəmilərin gəldiyi, daim hərəkətli və inkişaf etmiş böyük bir şəhər kimi təsvir olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri