Icma.az
close
up
RU
Əfsanənin cüdoçumuz Elmar Qasımov barədə etirafı FOTO

Əfsanənin cüdoçumuz Elmar Qasımov barədə etirafı FOTO

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Çex cüdoçusu əfsanəsi Lukaş Krpalek karyerası, motivasiyası və gələcək planları ilə bağlı səmimi açıqlama verib.

İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya çempionu, ikiqat dünya çempionu və üçqat Avropa çempionu olan Krpalek idmanda dəyişən yeganə şeyin topladığı təcrübə olduğunu deyib və əsas məqsədinin həmişə özünə sadiq qalmaq olduğunu vurğulayıb.

Krpalek bildirib ki, 100 kq-dan aşağı çəkidə bütün əsas titulları qazandıqdan sonra motivasiyanı qorumaq çətinləşib və buna görə ağır çəkidə çıxış etməyə qərar verib. Daha sonra isə hər iki kateqoriyada mübarizə aparmağın ona yeni stimul verdiyini qeyd edib.

Krpalek London Olimpiadasında ilk mərhələdə güclü rəqiblə - Kaybulayevlə üzləşdiyini, bütün risklərə baxmayaraq qalib gəldiyini, lakin turnirin son saniyələrində uduzmasının onu daha da gücləndirdiyini bildirib. Həmin məğlubiyyətin sonrakı dünya və Olimpiya qələbələrinin əsas motivasiyasına çevrildiyini vurğulayıb.

Rio-de-Janeyro Olimpiadasından sonra həyatının tam dəyişdiyini, tanınmış simaya çevrildiyini, lakin populyarlığı sevmədiyini və ailə ilə sakit həyata üstünlük verdiyini qeyd edib:

“Rioya Çex Respublikasının Olimpiya çempionu olmaq üçün qətiyyətli getmişdim. Londonda Çex milli televiziyasına müsahibəmdə bildirmişdim ki, dörd ildən sonar yenidən geri qayıtmışam və qələbə qazanacam. Rioya çatanda mənzərəni gördüm və nəyə görə Olimpiya Oyunlarında qələbənin mümkün olduğunu bildim. Rəqiblərim Corc Fonseka, Maksim Rakov, Ryunosuke Haqa, Siril Mare oldu. Finalda isə Elmar Qasımovla qarşılaşdım. Bu çox çətin döyüş idi. Hər oyuna 100% konsentrasiya ilə çıxırdım və bütün bunların sonunda Olimpiya Oyunları qalibiyyəti gəldi. Bu, həyatımı dəşdi”.

Tokio Olimpiadası ərəfəsində çətin hazırlıq dövrü keçirdiyini, psixoloji olaraq ağır günlər yaşadığını, amma yarış günü özünü çox güclü hiss etdiyini deyən Krpalek bu inamın onu yenidən zirvəyə apardığını bildirib.

Qeyd edək ki, Elmar Qasımov Rio Olimpiadasında 100 kq. çəki dərəcəsində çıxış edib. Təsnifat mərhələsindən azad olan Elmar Qasımov olimpiadanın 1/16 final mərhələsində Rusiya nümayəndəsi Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqib son olimpiya çempionu, həmçinin Dünya və Avropa Çempionatının qalibi olub. Titullu rəqibi ilə görüşdə Elmar Qasımov vaza-ari balı hesabına qələbə qazanıb. 1/8 final mərhələsində Qasımov Əlcəzair nümayəndəsi Lyes Buyakubdan üstün olub. 1/4 finalda cüdoçumuz Misir nümayəndəsi Ramazan Dərvişi cəmi 54 saniyəyə məğlu edib. Finala gedən yoldakı son rəqib isə Ukrayna nümayəndəsi Artyom Bloşeno olub. Görüşün 2-ci dəqiqəsində Qasımov rəqibinə ippon fəndi tətbiq edib.

Həlledici görüşdə rəqib Lukaş Krpalek idi. Həmin görüşdə Qasımov titullu rəqibinə qarşı müdafiə mövqeyini seçib. Məhz buna görə görüşün sonlarında yorulub və sona 24 saniyə qalmış ippon fəndi ilə rəqibinə məğlub olub və olimpiadanı gümüş medalla başa vurub.

Krpalek ən böyük arzusunun beşinci Olimpiadaya qatılmaq olduğunu vurğulayıb.

Aqil Tağıyev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri