Əfsanənin qayıdışı: 60 cı illərin saç kəsimi yenidən dəbdə
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtalyan bob saç kəsimi 1960-cı illərin italyan qlamuruna və Sofi Loren kimi məşhur aktrisaların üslubuna birbaşa işarədir. Bu gün isə bu saç düzümü yenidən populyarlaşaraq zəriflik və rahatlığı birləşdirən stil axtaranlar üçün ideal alternativə çevrilir.
Lent.az bu dəbi təqdim edir:
İtalyan bob necə görünür
Klassik bob saç kəsimi adətən daha strukturlaşdırılmış və səliqəli olur. İtalyan bob isə daha yüngül və zərif görünüşü ilə seçilir. Bu saç kəsiminin uzunluğu çənədən bir qədər aşağı olur. Yəni saç nə çox qısa, nə də çox uzundur. Məhz bu orta uzunluq saçın hərəkətli, həcmli və təravətli görünməsini təmin edir. Bu xüsusiyyət onu daha ağır və sərt bob variantlarından fərqləndirir və ideal seçimə çevirir.
İtalyan bob kimlərə yaraşır
Digər qısa saç kəsimləri kimi, bu stil də daha çox oval, uzunsov və ürək formalı üz quruluşuna uyğun gəlir. Saç üz sümüklərini vurğulayır və dolğun üzü vizual olaraq daha balanslı göstərir. İtalyan bob nazik saçlı insanlar üçün də ideal seçim sayılır, çünki saçlara vizual olaraq daha çox həcm və qalınlıq verir. Bu saç düzümü buruq, düz və dalğalı saçlarda da yaxşı görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















