Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Məşhur şotland çalışdırıcı Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.
Məlumata görə, o, italyan hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Matç 22 martda Florensiyada "Artemio Franki" stadionunda keçiriləcək.
Rossi 2004-2006-cı illərdə Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan futbolçu karyerasını 2023-cü ildə "SPAL" klubunda başa vurub.
Ser Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub və bu müddət ərzində 13 dəfə Premyer Liqanı, 5 dəfə İngiltərə Kubokunu və 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 Fevral 2025 05:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















