Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
İsveçin dünyaşöhrətli avtomobil markası "Saab"ın 1947-ci ildən bəri istehsal həyata keçirdiyi Trollhattan zavodu fəaliyyətini dayandırır.
Bizim.Media "Haberler.com" portalına istinadən xəbər verir ki, "Saab"ın aktivlərini təhvil alan NEVS şirkətinin əməliyyatları dayandırmaq qərarından sonra zavoddakı son prototip avtomobillər, istehsal avadanlıqları və minlərlə ehtiyat hissəsi hərraca çıxarılacaq.
"The Drive" nəşrinin yaydığı məlumata görə, 2012-ci ildə müflis olan markanın aktivlərini ələ keçirən "National Electric Vehicle Sweden" (NEVS) fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib. Bu çərçivədə gələcəyin elektrikli sedan modeli kimi layihələndirilən "Emily GT" layihəsinin də tamamilə ləğv edildiyi açıqlanıb.
"Klaravik" platforması vasitəsilə keçiriləcək hərracda "Saab"ın texnoloji transformasiyasını simvolizə edən mühüm nəqliyyat vasitələri kolleksiyaçılara təqdim olunacaq.
Hərracda həmçinin minlərlə ehtiyat hissəsi, dizayn maketləri və markanın tarixinə işıq tutan afişalar yer alacaq.
Məlumata görə, hərrac mayın 21-də başlayacaq və mayın 30-da yekunlaşacaq. Hərracın son günündə "Saab" həvəskarlarına Trollhattan zavodunu sonuncu dəfə ziyarət etmək imkanı da yaradılacaq.
Bununla da avtomobil sənayesində dərin iz qoyan "Saab" brendi və onun tarixi istehsal mərkəzi üçün rəsmi bağlanış prosesi tamamlanmış olacaq. (Musavat.com)
Bizim.Media
Baxış sayı:185
Bu xəbər 14 May 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















