Icma.az
close
up
RU
Əfsanəvi Buffon müasir ən yaxşı 5 qapıçının adını AÇIQLADI

Əfsanəvi Buffon müasir ən yaxşı 5 qapıçının adını AÇIQLADI

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Canluici Buffon əfsanəvi futbolçudur, bütün zamanların ən böyük qapıçılarından biridir. "Yuventus"da keçirdiyi 17 il ərzində o, 10 Seriya A titulunu, 5 İtaliya Kubokunu və 6 Super Kuboku qazanıb, həmçinin 2006-cı ildə Dünya Çempionu olub. İnanılmaz seyvləri və ildırım sürəti ilə reaksiyası ilə tanınan Buffon hücumçuların qorxulu yuxusu idi.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qapıçılığa dair demək olar ki, hər şeyi bilən bir insan kimi Buffon dünyanın ən yaxşı 5 qapıçısının adını çəkib.

Mayk Menyan – “Milan” 

Mayk Menyan 2022-ci ildə Huqo Lorisdən sonra Fransanın iki nömrəli qapıçısı idi, lakin indi klubun əsas qapıçısıdır. “Milan” bu mövsüm A Seriyasında 9-cu olsa da, Menyan dünyanın ən yaxşılarından biri olaraq qalır.

Yan Oblak – “Atletiko”

"Atletiko"ya keçdiyi vaxtdan bəri dünyanın ən yaxşı qapıçılarından biri olan Yan Oblak 2022-ci ildə Buffon tərəfindən qeyd edilib və o, hələ də yüksək səviyyədədir.

Bu mövsüm La Liqanın ən yaxşısıdır, fenomenal sabitlik göstərməyə davam edir. Gülməlidir, amma 2017-ci ildə Oblak "Yuventus"da Buffonun özünü əvəz edə bilərdi, amma transfer baş tutmayıb.

Manuel Noyer – “Bavariya”

• Dünya Çempionu 2014 

• Çempionlar Liqasının 2013-cü il qalibi 

Bütün zamanların ən böyük qapıçılarından biridir. Manuel Noyer 10 ildən çoxdur ki, futbolda dominantlıq edir. Buffon 2017-ci ildə onu "fiziki cəhətdən güclü və özünə inamlı biri kimi xarakterizə etmişdi. O, sadəcə aurası ilə komandaya sakitlik verir. O, ayaqları ilə əladır və qeyri-mümkün seyvlər edir".

Noyer ötürmələri və topa nəzarəti ilə qapıçı rolunda inqilab edib.

Canluici Donnarumma - PSJ

16 yaşında "Milan"ın heyətinə daxil olanda "yeni Buffon" adlandırılan İtaliya millisinin əsas qapıçısıdır. Hələ Buffon səviyyəsinə çatmasa da, Donnarumma elit qapıçı olaraq qalır. 2021-ci ildə İngiltərə ilə finalda həlledici penaltiləri dəf edərək, Avropa çempionatında İtaliyaya qələbə qazandırıb. O, fenomenal reaksiyası və 11 metrlik zərbələri dəf etmək bacarığı ilə seçilir.

Tibo Kurtua – “Real”

Çoxları hələ də Kurtuanı dünyanın ən yaxşı qapıçısı hesab edir. O, “Real”da kuboklar qazanmağa və seyvləri ilə heyran etməyə davam edir. 2022 Çempionlar Liqasının finalının qəhrəmanı Tibo “Liverpul”la oyunda 9 seyv edərək Madrid klubuna 14-cü Çempionlar Kubokunu qazandırıb.

İdeal müasir qapıçı: hündürboy, inanılmaz dərəcədə çevik və təzyiq altında soyuqqanlıdır.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri