Əfsanəvi Frenk Lempardın yeni iş yeri məlum oldu
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
"Çelsi"nin sabiq futbolçusu və baş məşqçisi Frenk Lempard İngiltərə ikinci divizionunda (Çempioşip) çıxış edən "Koventri Siti" klubunun başına keçib.
Qaynarinfo "Koventri” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanıb.
Lempard yeni komandasının başında ilk matçını şənbə günü, noyabrın 30-da "Kardiff”ə qarşı keçirəcək. "Koventri" Çempionşipdə 17 turdan sonra 17-ci yerdədir.
Frenk Lempard "Çelsi” klubunun və İngiltərə yığmasının ulduzudur. O, London klubunun tarixinin bombardiri (211 qol), Çempionlar Liqasının (2012) və digər turnirlərin qalibidir.
Lempard məşqçilik karyerasına 2018-ci ildə "Derbi Kaunti”yə başçılıq edərək başlayıb. 2019-2021-ci illərdə "Çelsi", 2022-2023-cü illərdə "Everton"u çalışdırıb.
Lempardın son iş yeri 2022/23 mövsümündə "Çelsi"nin müvəqqəti baş məşqçisi olub.
Nizami Bağırov
Baxış sayı:105
Bu xəbər 28 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















