Əfsanəvi Green Day qrupu Hollivudun Şöhrət xiyabanında ulduz alacaq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Green Day" rok qrupu Hollivudun Şöhrət xiyabanında ulduz alacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Billboard" saytı xəbər verir.
Mənbənin məlumatına görə, ulduzun təntənəli açılışı cümə axşamı, mayın 1-də baş tutacaq.
Dəvət olunmuş ulduzlar arasında aktyor Rayan Reynolds və tennisçi Serena Uilyams olacaqlar, tədbiri radio və televiziya aparıcısı Mett Pinfild aparacaq.
Kollektivin ulduzu "Hollywood Boulevard"da yerləşir.
"Hollivud Ticarət Palatası "Green Day"dən Billi Co Armstronq, Mayk Dirnt və Tre Kulu Şöhrət xiyabanında salamlamaqdan şərəf duyur", - deyə xiyabanın prodüseri Ana Martines bildirib.
Xatırladaq ki, "Green Day" qrupu 10-dan çox albom buraxıb, onlardan üçü "Billboard"da lider olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Aprel 2025 02:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















