Icma.az
close
up
RU
Əfsanəvi Rembo : biz hər an şəhid olmağa hazırıq

Əfsanəvi Rembo : biz hər an şəhid olmağa hazırıq

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

1986-cı ilin dekabrın 7-də Zaqatala rayonunun Üçüncü tala kəndində doğulur...

1993 / 2004-cü illərdə kənd orta məktəbində orta təhsil alır...

2005-ci ildə Zaqatala rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılır...

2005 / 2006-cı illərdə DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" xüsusi təyinatlı dəstəsinin sıralarında xidmət edir...

2007-ci ilin aprel ayında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edir...

2008-ci ildə DİN-in nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olur...

2010-cu ildə DİN-in Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam edir...

2012-ci ilin oktyabr/dekabr aylarında Türkiyə Respublikasının İzmir şəhərinin Foça rayonunda Jandarma Komanda Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Zabit komando" kurslarında təhsil alır...

2019-cu ilin fevral / iyun sylarında Türkiyə Respublikasının İzmir şəhərinin Foça rayonunda Jandarma Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Jandarma Komando" kurslarında təhsil alır...

Vətən müharibəsinə "Bəbir" xüsusi təyinatlı dəstənin komandiri olaraq 40 nəfərdən ibarət şəxsi heyətlə qatılan, Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək bir nəfər belə şəhid verməyən, bir çox döyüşlərdə Ermənistan ordusunun mühasirəsində olan Azərbaycan SQ-nin hərbçilərini xilas edən, Ermənistan ordusunun canlı qüvvəsini məhv edib, xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanan, son əməliyyatda 3 hərbi qulluqçusu ilə birlikdə xüsusi mərdlik və şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunlarının mayoru, DQ-nın "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, "Əfsanəvi Rembo" ləqıbli Vətən Müharibəsi Qəhrəmanı Şıxamir Qaflanov!

Qəhrəmanımız Vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Qəhrəmanımızın atası Oruc Qaflanov deyir ki, hərbçi olmaq onun əvvəlki arzusu idi. Hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq istədiyini bildirdi. Gördüm ki, fikrindən daşındıra bilməyəcəm, razı oldum. Çünki o dedi, mənim fikrim ancaq hərbçi olmaqdır. Vətəni qorumaq üçün çalışmalıyam. Elə də etdi. Bir çox yerlərdə xidmət etdi, kurslarda iştirak etdi. Oğlumun yoldaşları onun haqqında çox şeylər danışırdılar. Ona "Rembo" adını vermişdilər. Döyüşdən qorxmurdu. Torpaqlarımızın işğaldan azad olunmaslnda qəhrəmancasına döyüşüb şəhid oldu. Oğlumla fəxr edirəm!

Anası Möminat Qaflanova qəhrəmanımızın ailədə bütün uşaqlardan fərqləndiyini deyir: "Hamısı yaxşı uşaq olub, amma Şıxamir hamısından yaxşı olub. Ailədə hamının hörmətini qazanıb. Evdə çox olmurdu. Nişanında da iştirak edə bilməmişdi. Toyuna 5 gün qalmış gəldi. Ondan yadigar bir balası qaldı".

Qəhrəmanımızın Birinci Qarabağ müharibəsinin qazisi olan böyük qardaşı Asif Qaflanov: "Şıxamir ailədə tam fərqli uşaq olub. Ailənin ən balacası olub. Uşaqlığından hərbiyə marağı vardı. Hərbi xidməti başa vurduqdan sonra, qətiyyətlə dedi ki, mən hərbiyə bağlıyam. Hərbi sahədə işləyəcəm. Vətənə qulluq edəcəm. Məxfi uşaq olub. Nəsə soruşanda da işi ilə bağlı heç nə danışmırdı. Biz ona ehtiyatlı olmağı məsləhət görəndə gülürdü. Həmişə deyirdi ki, "biz bu formanı geyinmişiksə, hər an şəhid olmağa hazırıq". Komandirləri və döyüş yoldaşları ilə söhbətlərimizdə Şıxamirin qəhrəmanlığından danışırdılar. Müharibədə çox qəhrəmanlıq göstərib. Nəinki Şıxamir, bütün Azərbaycan hərbçiləri çox böyük qəhrəmanlıq göstəriblər. Şıxamirin ermənidən götürdüyü qənimət bıçağı gətirmişdi dostları. Dedilər, Şıxamir ermənidən götürdüyü həmin bu bıcaqdan istifadə edirdi döyüşdə və deyirdi ki, düşməni öz silahı ilə öldürmək lazımdır. Şıxamir şəhid olan günə qədər də onun dəstəsindən bir nəfər şəhid olmayıb. İlk şəhid özü olub".

Füzuli-Xocavənd uğrunda gedən çiddətli döyüşlərdə tabeliyində olan dəstə ilə birgə düşmənin xeyli sayda canlı qüsvvəsini və hərbi texnikasını məhv edən qəhrəmanımız düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyyəsindən ağır yaralanaraq şəhadətə qovuşur. Bu döyüşdə onun özü kimi mərd 3 silahdaşı da qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksəlir.

Daim tabeliyində olan şəxsi heyətin problemləri ilə maraqlanan, onlarla komandir kimi yox, qardaş kimi davranaraq qayğılarına qalan qəhrəmanımızı silah yoldaşları tək mərd, cəsur döyüşçü kimi deyil, mükəmməl insani xüsusiyyətlərinə görə də çox seviblər: "Tabeliyində olan elə bir hərbi qulluqçu olmazdı ki, hər hansı bir problem ilə əlaqədar ona müraciət etsin, lakin mayor Şıxamir Qaflanov ona biganə baxsın" deyir silahdaşları.

Bir hərbçi kimi çox ciddi və tələbkar olan qəhrəmanımız təlimlərə çox böyük əhəmiyyət verir, komandirlik etdiyi dəstənin göstəricilərinin hər zaman yüksək olmasına çalışıb ki, bu da öz bəhrəsini Vətən müharibəsində göstərib.

Öz bacarığı, qəhrəmanlığı, cəsarəti ilə gələcək nəsilıərə örnək olan Şıxamir Qaflanovun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!

Bu tarixi vərəqləyən hər bir gənc səninlə qürur duyacaq qəhrəman şəhidim! Sonsuz rəhmət və böyük sevgi ilə xatırlanacaqsan hər zaman! Məkanın cənnət, əziz ruhun şad olsun vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri