Icma.az
close
up
RU
Əfsanəvi saat sənəti eksperti Canfranko Ritşel Bvlgari nin dəvəti ilə Bakıya səfər edib

Əfsanəvi saat sənəti eksperti Canfranko Ritşel Bvlgari nin dəvəti ilə Bakıya səfər edib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda lüks saat sənətinə həsr olunmuş unudulmaz bir tədbir baş tutdu. Məşhur "Bvlgari" brendinin dəvəti ilə Azərbaycan paytaxtını İsveçrənin tanınmış eksperti, müstəqil məsləhətçi və saatlar üzrə bilicisi Canfranko Ritşel ziyarət etdi. O, brendin müştəriləri və media nümayəndələri ilə görüşdü.

Ritşel- saat sənayesində parlaq simalardan biridir. O, bir çox prestijli brendlər tərəfindən yüksək qiymətləndirilir və bu sahədə nüfuzlu titullara sahibdir. Canfranko "Fondation de la Haute Horlogerie"nin rəhbərliyində təmsil olunur, həmçinin, Cenevrə Saatçılıq Qran-prisinin vitse-prezidenti vəzifəsində çalışıb. O, Cenevrənin aparıcı universitetlərində lüks menecmenti üzrə dərs deyir və "Horopedia" saat təşəbbüsünü fəal şəkildə inkişaf etdirir. Saatlara olan böyük sevgisi və dərin biliyi ilə tanınan Canfranko dörd dildə məsləhətlər verir və biliklərini paylaşmaqdan həmişə məmnundur.

Saat sənəti tarix, texniki mükəmməllik və qüsursuz estetikanı birləşdirən bir sahədir - bu elementlər saatçılığın özünəməxsus mədəniyyətini formalaşdırır. Bakıda keçirilən görüşlərdə tanınmış ekspert qonaqlarla saat ustalığı barədə maraqlı məlumatlar paylaşdı.

Görüşlərin əsas mövzusu son 11 ildə 10 dünya zəriflik rekordu qıran kişi saat kolleksiyası "Bvlgari Octo Finissimo" oldu. Bu kolleksiya avtomatik saatlar, xronoqraflar, turbiyonlar, dəqiqə təkrarlayıcıları kimi yüksək kateqoriyalara aiddir. Bu saatların nazikliyi sikkə ilə, hətta bəzən kağızla müqayisə olunur. Kolleksiya artıq 60-dan çox mükafat qazanıb. Onların içində ən nüfuzlusu saat sənayesinin "Oskarı" sayılan Cenevrə Saatçılıq Qran-prisinin "Qızıl Ox" mükafatıdır. Bu mükafat "Bvlgari"yə 2.75 mm qalınlığında olan ən nazik "Əbədi Təqvim" saatı və ümumilikdə bu kolleksiyanın rekordları üçün verilib.

Əslində bu, "Bvlgari Octo Finissimo"nun 21-ci əsrin yüksək saat mexanikasının əsas simasına çevrildiyini göstərir. Canfrankonun sözlərinə görə: "Mənim müəyyən etdiyim meyarlara görə, lüks sənayedə bir məhsul ikonik sayılmaq üçün ən azı 20 il ərzində tanınmalı və dəyərli olmalıdır. Amma "Bvlgari" bunu cəmi 11 ilə bacardı - saatların quruluşuna və dizaynına yanaşmanı dəyişdi və misilsiz nəticələr qazandı".

"Saat sənətində həm texniki tərəf, həm də estetika eyni dərəcədə önəmlidir," - deyə Canfrankon məşhur və innovativ modelləri təqdim edərkən bildirdi: "Bvlgari" - İsveçrə ustalığını və italyan dizaynerlərinin cəsarətli yaradıcılığını birləşdirən brenddir".

"Bvlgari Octo Finissimo" kolleksiyasının saatları sadə və zərif dizaynı ilə dərhal tanınır: təkrəngli, 40 mm-lik səkkizbucaqlı korpus (qədim Roma memarlığından ilham alınıb) və ona uyğun incə titan bilərzik - hər ikisi qumşırma ilə işlənib.

"Çöldən müasir görünürlər, içərisində isə ən yüksəksəviyyəli saat mexanikası gizlənib. Bu nazik saatlar həm də xarici təsirlərə və suya davamlıdır," - deyə Ritşel əlavə edib.

"Octo"nun ilk rekordundan on il sonra, hər millimetrin ondabirinə görə mübarizə daha da güclənib - modellərin adında "ultra" sözü də bu cəsarətin göstəricisidir. İlk olaraq - cəmi 1.8 mm qalınlığında olan "Octo Finissimo Ultra" avtomatik saatı. Bu rekord Roma şəhərinin mərkəzində, Panteon qarşısında böyük coşqu ilə qeyd olunub. Cəmi 10 ədəd buraxılan bu model Cenevrə Saatçılıq Qran-prisində "Cəsarətə görə" mükafatını qazanıb və ona 8 patent qeydiyyata alınıb.

Ultra saatlar brendin sərhədləri aşmaq istəklərinin simvoluna çevrilib - burada yalnız mexanizm deyil, həm də korpus, arxa qapaq, bilərzik və qapanma sistemi yeni materiallar və ultra-mini texnologiyalarla yenidən düşünülüb.

Saatların daha da incəlməsi üçün çox yaradıcı həllər tələb olunur. Buna görə də "Octo Finissimo Ultra" modelində arxa qapaq birbaşa mexanizmin əsas hissəsi - bənd kimi istifadə olunub və bütün komponentlər ona yerləşdirilib. Bilərziyin hissələri iki dəfə incəldilib, bu da gizli qapanma mexanizminin yenidən dizayn edilməsini tələb edib. Korpusun möhkəmliyini təmin etmək üçün arxa qapaq-bənd çox bərk və davamlı material olan volfram karbidindən hazırlanıb. Əsas funksional hissələr dairəvi şəkildə yerləşdirildiyi üçün saatın siferblatında qeyri-adi bir forma yaranıb. Klassik saat düyməsi burada tətbiq olunmayıb - onu iki üfüqi təkər əvəz edib: biri mexanizmi qurmaq, digəri isə əqrəbləri tənzimləmək üçündür.

Ultra seriyasına daxil olan başqa bir modelin qalınlığı cəmi 1.7 mm-dir və onun dəqiqliyi İsveçrənin müstəqil COSC komissiyası tərəfindən təsdiqlənib. Həmçinin bu ilin aprelində "Watches & Wonders" sərgisində dünyanın ən nazik turbillon modeli (1.85 mm) təqdim olunub. Bu saatların siferblatları açıq quruluşludur - içindəki möhtəşəm mühəndislik açıq-aşkar görünür.

"Bvlgari Octo Finissimo" kolleksiyasına baxdıqda hər bir detallı mexanizmdə ustalığın möhtəşəmliyini hiss edirsən. Çünki həqiqi gözəllik - mükəmməllikdə, mükəmməllik isə detallardadır. "Bvlgari" bu detalları sevgi və ehtirasla yaradır.

"Bvlgari" və Canfranko Ritşel yalnız bilik və ilham yox, həm də saat sənəti eksperti ilə ünsiyyətdən unudulmaz təəssüratlar bəxş etdilər. Hazırda Bakıda olan nadir "Octo Finissimo Ultra" modelinə "Bvlgari" butikində (ÜNVAN) baxmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri