Icma.az
close
up
RU
Əfşar Süleymani: Azərbaycanla İranın ortaq dəyərlər əsasında əməkdaşlı]; mümkün və vacibdir

Əfşar Süleymani: Azərbaycanla İranın ortaq dəyərlər əsasında əməkdaşlı]; mümkün və vacibdir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tərəflər arasında fikir ayrılıqları ola bilər, amma ortaq maraqlar əsasında birgə mövqe formalaşdırmaq mümkündür


İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana dair son açıqlamaları iki ölkə arasında münasibətlərin yenidən qurulması və gərginliklərin aradan qaldırılması baxımından mühüm siyasi siqnaldır. O, Azərbaycanla münasibətlərin səmimi, qardaşlıq ruhunda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Pezeşkianın fikirləri İranın xarici siyasətində daha balanslı xəttin formalaşacağına ümid yaradır.

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin yaxın zamanda İrana səfər edəcək. Onun İran rəsmiləri ilə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiya çərçivəsində Azərbaycan və İran arasında iqtisadi tərəfdaşlıq mövzularını müzakirə edəcəyi və ehtimal edilən maneələrin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparacağı bildirilir.


Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a açıqlama verib:


"Pezeşkianın son açıqlamaları demək olar ki, mənim də illərlə səsləndirdiyim fikirlərlə üst-üstə düşür. Mən bunu açıq şəkildə deməmiş ola bilərəm, amma mahiyyətcə bu yanaşmanı dəfələrlə ifadə etmişəm. Pezeşkian əsas problemə toxunub. 

Onun açıqlamalarına mənfi reaksiyalar da olub. Bu reaksiyaları əsasən məlum dairələrdən, İran-Azərbaycan münasibətlərinə daim mənfi yanaşan şəxslər və qruplar veriblər. Onlar məsələni başqa istiqamətlərə çəkməyə çalışıblar.

Ancaq əsas prinsip dəyişməz qalır: Azərbaycan müstəqil dövlətdir və hər bir ölkə kimi öz xarici siyasətini yürütmək haqqına malikdir. Ölkələr bir-biri ilə münasibətlərini qurarkən diqqət etməlidirlər ki, bu münasibətlər üçüncü ölkəyə mənfi təsir göstərməsin. Azərbaycanın İsraillə və ya digər ölkələrlə münasibətləri İran üçün təhlükə yaratmamalıdır, eyni zamanda İranın da Ermənistanla münasibətləri Azərbaycana qarşı yönəlməməlidir".


sabiq səfir Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və İranla münasibətlərin normallaşması istiqamətində razılaşmaların əldə oluna biləcəyini bildirib:

"Azərbaycanda bəzi media orqanları və şəxslər İran-Ermənistan əlaqələrinə etiraz edirdilər. Ancaq bu gün qarşılıqlı anlaşma üçün daha əlverişli zəmin var.

Görünür Pezeşkian çalışır ki, imkan daxilində İranın xarici siyasətini daha balanslaşdırılmış şəkildə formalaşdırsın. İrandakı konstitusion sistemə görə, prezidentin səlahiyyətləri müəyyən çərçivələrlə məhdudlaşır. Lakin Pezeşkianın niyyəti və yanaşması ondan ibarətdir ki, heç bir ölkənin daxili işinə qarışılmasın və heç kim də İranın daxili işlərinə müdaxilə etməsin. Əsas odur ki, dostluq və əməkdaşlıq münasibətləri qurulsun və qorunsun.

Azərbaycan-İran münasibətlərində bu istiqamətdə bir başlanğıc ola bilər. Tarixən digər ölkələrlə də problemlər olub, lakin zamanla aradan qaldırılıb. Məsələn, bir vaxtlar İranla Səudiyyə Ərəbistan arasında münasibətlər tamamilə kəsilmişdi, sonra isə bərpa edildi. Misirlə münasibətlər isə hələ də bərpa olunmayıb. Pezeşkian bu istiqamətdə də çalışır və dəfələrlə bildirib ki, qonşu və müsəlman ölkələrlə əlaqələrə önəm verilməlidir.

İsrail-İran və ABŞ-İran münasibətləri isə özəl və daha mürəkkəb bir məsələdir. 12 günlük müharibə İsrailin İrana qarşı hücumu nəticəsində baş verdi və bu gün də vəziyyət gərgindir. Pezeşkianın fikrincə əgər İran yaxın dostları ilə səmimi münasibətlər qura bilsə, digər dövlətlərin təzyiqi də azalacaq".


Əfşar Süleymani regionda vəziyyətin mürəkkəb olduğunu deyib:

"Suriyada davam edən münaqişə, İraqda sabitliyin pozulması, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliklər mövcuddur. Amma qarşılıqlı maraqlar və ortaq dəyərlər əsasında əməkdaşlıq mümkün və vacibdir. Yol-nəqliyyat, enerji, ticarət, kapital qoyuluşu, mədəni əlaqələr, insanların sərbəst gediş-gəlişi Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə və regionda sülhün bərqərar olmasına töhfə verə bilər.

12 günlük müharibədən sonra İrandakı bəzi media orqanları iddia edirdilər ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana hücum edib, dron və təyyarələr buradan göndərilib. Lakin Pezeşkian bu məsələyə də münasibət bildirərək sübut olmadığını deyib. Azərbaycanın Prezidenti də bildirib ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir təhlükə ola bilməz.

Digər tərəfdən bəzi şəxslər Azərbaycanın daxilində dini məsələlərə, xüsusilə də şiə müsəlmanlara qarşı tədbirlər görüldüyünü, onların həps olunduğunu iddia edirlər. Bu iddiaların doğru olub-olmaması ayrıca bir mövzudur və Azərbaycanın daxili işidir. Pezeşkianın əsas fikri ondan ibarətdir ki, İran və Azərbaycan qarşılıqlı şəkildə bir-birinin daxili işlərinə qarışmamalıdır. Bəzi dövlətlər Cənubi Azərbaycan məsələsini gündəmə gətirərək təxribat yaratmağa çalışırlar. Azərbaycanda da bəzi internet kanallarında mənfi fikirlər səsləndirilir ki, guya Təbrizə hücum olunmalı, "Bütöv Azərbaycan" yaradılmalıdır və s. Ancaq hər bir ölkənin daxili məsələləri onun öz xalqına aiddir. Əgər bu prinsiplərə əməl olunarsa, qarşılıqlı etimad yaranar və münasibətlər sağlam əsasda inkişaf edə bilər".


Müsahibimiz Azərbaycanı yad bir ölkə kimi saymadıqlarını söyləyib: 

"Tərəflər arasında fikir ayrılıqları ola bilər, amma ortaq maraqlar əsasında birgə mövqe formalaşdırmaq mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see280

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see173

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see155

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see148

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see144

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see140

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see138

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see137

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see126

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see125

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see123

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see122

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see122

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see119

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri