Icma.az
close
up
RU
Əfv sərəncamı həm də cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsinə xidmət edir

Əfv sərəncamı həm də cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsinə xidmət edir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalaması günün ən yaxşı, pozitiv xəbərlərindən biri oldu. Bu əfv sərəncamı xeyli sayda məhkumu əhatə edir. Belə ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanmış bu əfv sərəncamı 200-dan çox şəxsə şamil olunub. Dövlətimizin başçısının bu qərarı ölkə həyatında çox mühüm hadisədir.
28 May – Müstəqillik Günü ərəfəsində Cənab Prezident tərəfindən belə bir qərarın qəbul edilməsi cəmiyyət tərəfindən də birmənalı olaraq rəğbətlə qarşılandı. Dövlət başçısının əfv sərəncamı imzalaması ilk növbədə ədalət və humanizm prinsiplərinin təntənəsi, mərhəmət göstəricisidir. Bu və ya digər cinayətlərə görə, ciddi qanun pozuntularına görə məhkum edilmiş şəxslərə əfv sərəncamının tətbiq edilməsi onlara yenidən normal həyata dönmək, öz səhvlərindən ciddi nəticə çıxararaq yeni həyata başlamaq şansı verir. Sözsüz ki, əfv olunmuş hər bir keçmiş məhkum da öz növbəsində dövlət başçısının humanist addımını düzgün dəyərləndirməli və əvvəlki səhvlərini bir daha təkrar etmək yolunu tutmamalıdır. Onlar ona görə əfv olunub azadlığa buraxılırlar ki, hər hansı bir şəkildə yenidən məhbəs həyatına geri dönməsinlər.
Prezidentin əfv sərəncamı imzalaması, eyni zamanda, cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsinə xidmət edir. Bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması həm xoş bir ənənəyə çevrilir, həm də insanlarımızda milli birlik və həmrəylik hisslərini daha da artırır. Yüzlərlə ailənin, minlərlə vətəndaşımızın bayram günlərində sevindirilməsi dövlət-vətəndaş münasibətlərinin daha sağlam təməllər üzərində inkişaf etməsinə zəmin yaradır. Bu mənada, öz humanist addımları və qərarları ilə dövlətimizin hər bir vətəndaşın yanında olduğunu təsdiq edən Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı cəmiyyətimizin gələcəyi üçün böyük mənəvi əhəmiyyət kəsb edir. Biz dövlət başçısının bu addımını alqışlayır, əfv olunan şəxsləri isə təbrik edirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri