Icma.az
close
up
RU
Əfv sərəncamı insana ikinci şans verir

Əfv sərəncamı insana ikinci şans verir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Dövlət hüquqla yanaşı mərhəmət göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 May – Respublika Günü münasibətilə verdiyi əfv sərəncamı ölkədə humanizm və ədalət prinsiplərinə yüksək önəm verildiyini bir daha təsdiqlədi. Bu qərar çərçivəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yüzlərlə şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilərək, yenidən həyatlarına ümidlə davam etmək imkanı qazandı. Həmçinin cəza müddətləri qısaldılan və digər cəza növlərindən azad edilən şəxslər vasitəsilə ölkədə sosial ədalət və insan hüquqlarının qorunmasına böyük diqqət göstərilir. Bu addım yalnız hüquqi müstəvidə deyil, həm də milli həmrəylik və mərhəmət duyğusunun təzahürü kimi, Azərbaycanın inkişaf edən dövlətçilik ənənəsinin mühüm elementidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərdən başqa 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzası olan 10 nəfər, islah işləri cəzası olan 4 nəfər və cərimə cəzası olan 1 nəfər də cəzanın çəkilməmiş hissəsindən azad olunaraq, yenidən həyatlarına ümid və azadlıq işığı ilə davam etmək fürsəti qazanıblar.

Ölkə başçısının sərəncamını dəyərləndirən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya 

 

Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Sherg.az”a bildirib ki, Prezident tərəfindən imzalanmış növbəti əfv sərəncamı, təkcə hüquqi sənəd deyil, həm də humanizm fəlsəfəsinin canlı ifadəsidir. Onun sözlərinə görə, bu sərəncam, Konstitusiyamızda təsbit olunmuş suveren hüquqların və milli-mənəvi dəyərlərimizin bir növ körpüsüdür:


 “Sayca 71-ci olan bu əfv sənədi, həm də dövlətin hüquqla yanaşı mərhəmətlə davranmaq qabiliyyətini nümayiş etdirən tarixi ardıcıllığın davamıdır: 33 dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən, 38 dəfə isə Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncamlar artıq 10 mindən çox məhkumu əhatə edib. Bu rəqəmlərin arxasında isə ailələrin göz yaşına çevrilən sevinc var, bağışlanmanın gətirdiyi yeni bir başlanğıc var.

Əfv aktı – sadəcə cəzanın ləğvi deyil. Bu, dövlətin öz vətəndaşına bir daha etibar etməsidir. Bu, insanın dəyişmək və islah olmaq imkanının tanınmasıdır. Əfv, hüquqi məntiqin içərisinə yerləşdirilmiş mənəvi dəyərlər sistemidir – əxlaqi cavabdehlik, sosial barış və insan həyatına verilən ali qiymət”.

Ə.Nuriyev Azərbaycan hüquq sisteminin müstəqillik əldə etdikdən sonra 12 amnistiya aktı qəbul etdiyini xatırladıb. Qeyd edib ki, bu aktlar 160 min şəxsi əhatə etməklə, cəmiyyətin rifahına və sosial sabitliyə mühüm töhfələr verib: 

“Amnistiyalarla yanaşı əfv sərəncamları fərdi yanaşmanı, insanın taleyinə xüsusi diqqəti ehtiva edir. Əfv – cəza deyil, ümid doğurur. Bu, cəzalandırmaq deyil, cəmiyyətə qovuşmaq fürsətidir.

Əfv sərəncamları eyni zamanda sosioloji bir siqnaldır – onlar göstərir ki, cəmiyyət islahı, reabilitasiyanı qəbul edir, qisas deyil, barış yolunu seçir. Hüququn əsas məqsədi intiqam deyil, ədalət və harmoniyadır. Bu mənada Prezidentin əfv səlahiyyətindən istifadə etməsi hüququn humanizm mahiyyətini ön plana çəkir.

Əfv həm də dərin mənəvi-əxlaqi məsələdir. Bu, həm bağışlayan tərəfin böyüklüyüdür, həm də bağışlanan tərəfin yeni həyat şansına layiq görülməsi deməkdir. Əfv alan şəxs artıq sadəcə azadlığa çıxmır – o, cəmiyyətin yenidən etimad göstərdiyi bir fərd kimi çıxır. Bu isə öz növbəsində, onun cavabdehlik və davranış baxımından daha yetkin olması üçün güclü motivasiya yaradır.

Nəticə etibarilə, hər bir əfv sərəncamı dövlətin insan mərkəzli idarəçilik fəlsəfəsinin, hüquqi sistemimizin humanist ruhunun və Prezidentin rəhbərlik etdiyi dövlətin mərhəmət və şəfqətə dayanan gücünün nümunəsidir. Bu, Azərbaycan dövlətinin hüquqla yanaşı vicdanla da idarə edildiyini göstərir. Əfv – ədalət ilə mərhəmətin görüş yeridir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri