Icma.az
close
up
RU
Əgər ABŞ İrana güzəştə gedərsə... ŞƏRH

Əgər ABŞ İrana güzəştə gedərsə... ŞƏRH

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və İran arasında əldə olunmuş atəşkəs memorandumunun öz əhəmiyyətini itirməsi və qarşılıqlı zərbələrin bərpası regionda genişmiqyaslı savaş ehtimalını yenidən ön plana çıxarıb. Tərəflərin kompromis limitinin olmaması - ABŞ üçün qlobal nüfuz və daxili siyasi ittihamlar, İran üçün isə rejimin daxili sabitliyi və hakimiyyət dəyişikliyi riski sülh danışıqlarını sadəcə formal xarakterə salır.

ABŞ və İran arasındakı bu formal proses nə vaxta qədər davam edə bilər? Tərəflərin güzəştə getmədiyi bu qapalı dairə qaçılmaz olaraq hərbi məğlubiyyətlə bitəcək bir savaşa doğru gedir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında imzalanmış atəşkəs memorandumu artıq öz əhəmiyyətini itirmiş kimi görünür. Çünki hər iki tərəf qarşılıqlı zərbələri bərpa ediblər. Bu da o deməkdir ki, daha genişmiqyaslı savaş ehtimalı indi ön plana keçib:

"Əslində, bu iki dövlətin sülh danışıqları masası arxasına oturmasının özü də absurd bir proses idi. Hər iki tərəf sülh masasının arxasına oturarkən əmin idi ki, anlaşma əldə olunmayacaq. Çünki hər iki tərəfin geri çəkilmə, yəni kompromisə getmə limiti demək olar ki, mövcud deyil.

Əgər ABŞ İrana güzəştə gedərsə, o zaman beynəlxalq nüfuzu sarsılmış olacaq. Eyni zamanda İran ABŞ-nin qlobal statusuna şərik çıxmağa çalışacaq".

Elçin Xalidbəyli: İran ABŞ-nin bu barədə tələblərini qətiyyən qəbul eləmir

Politoloqun sözlərinə görə, digər tərəfdən də önəmli olan məqamlardan biri ondan ibarətdir ki, ABŞ İran savaşında, yəni Yaxın Şərqdəki bu savaşda qarşıya qoyduğu hədəflərinə qətiyyən nail olmayıb. Əsas hədəf İranın nüvə proqramının dayandırılması, ləğvi ilə bağlı tələblərin yerinə yetirilməsi idi və İran bu tələbləri yerinə yetirməyib. ABŞ da hərbi zərbələrlə İranın nüvə obyektlərini tamamilə sıradan çıxartmağa nail olmayıb:

"Ona görə də danışıqlar prosesinin əsas mövzusu bununla bağlıdır. İran ABŞ-nin bu barədə tələblərini qətiyyən qəbul eləmir. Bu da o deməkdir ki, əvvəl-axır bu iki dövlət arasında daha genişmiqyaslı savaşın baş verməsi qaçılmazdır.

Hər iki tərəf kompromisə hazır deyil. Çünki əgər ABŞ kompromisə gedərsə, bu, ABŞ üçün qlobal məkanda ciddi problemlər yaradacaq. Eyni zamanda Tramp administrasiyası üçün də ölkədaxili siyasi proseslərdə ittiham kampaniyasının daha da genişlənməsinə yol açar".

İrana gəldikdə isə, Elçin Xalidbəyli qeyd edib ki, kompromis İrandakı siyasi rejim üçün olduqca ciddi təhlükə, riskdir. Dediyinə görə, çünki bu halda İrandakı siyasi rejimin ölkədaxili nüfuzu və təsirləri ciddi şəkildə aradan qalxmağa başlaya bilər. Bu da İranda hakimiyyət dəyişikliyi ehtimalını ön plana çıxara bilər:

"Yəni bu anlamda, hər iki tərəf bütün bunları nəzərə alanda sülh danışıqlarını real nəticələrlə yekunlaşdırmağa qətiyyən hazır deyillər. Sadəcə belə anlaşılır ki, hər iki tərəf sülh danışıqlarını formal olaraq davam etdirirlər və bundan da elə bir ciddi nəticə artıq gözlənilmir. Böyük ehtimalla bu oyun iki tərəfdən birinin hərbi məğlubiyyətinə qədər davam edə bilər".

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyul 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri