Icma.az
close
up
RU
Əgər ABŞ prosesə müdaxilə etməsə, xalq inqilabı başlayacaq... Cənubi Koreyada nələr olur?

Əgər ABŞ prosesə müdaxilə etməsə, xalq inqilabı başlayacaq... Cənubi Koreyada nələr olur?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Cənubi Koreyada vəziyyət gərginləşir. Belə ki, prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək ölkədə hərbi vəziyyət elan edib və ordunu paytaxt Seula yeridib. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Koreyanın şimalında sərt rejim fəaliyyət göstərsə də, cənubda siyasi vəziyyət normal deyil. Onun sözlərinə görə, ölkədə siyasətlə məşğul olmaq demək olar, bəladır:

“Ölkənin az qala bütün keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlarla cinayət işi açılıb. Məsələn, 2018-ci ildə ölkə prezidenti Park Geun Hye vəzifəsindən uzaqlaşdırıldı. Xanım prezidentə səlahiyyətini sona qədər icra etməyə imkan verilmədi və 24 il müddətinə həbs edildi. Elə həmən il, 2018-ci ildə Koreya məhkəməsi Geun Hyenin sələfi  Li Myong Bakı həbs edərək 17 illik həbsə məhkum etdi. 2022-ci ildən bəri hakimiyyətdə olan Sok Yola qarşı ölkədə çox ciddi narazılıq var. Xatırladım ki, Park Geun Hyenin vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı məhz indiki prezident olub. Sok Yol o zaman ölkənin baş prokuroru vəzifəsində çalışırdı. “Xalqın Gücü Bloku” növbəti seçkidə onu namizəd kimi göstərdi və qalmaqallı seçkidə Sok Yol ölkə prezidenti seçildi.  Son 2 ildə Yun Sok Yol yuxarı təbəqənin mənafeyini müdafiə edərək orta və kiçik biznes təbəqəsinin mənfəətinin azalmasına səbəb olub. O, təhlükəsizlik elitasına ciddi şəkildə dəstək verərək onların mövqelərinin güclənməsinə şərait yaradıb. Bu isə siyasi dairələrdə həyəcanla izlənilirdi”.

Ekspert bildirdi ki, müxalifət uzun müddətdir, dövlət başçısının həbsi istiqamətdə fəaliyyət göstərirdi:

“Görünür, kimlərsə Sok Yolun qulağına sərt rejim yaratmaq barədə nələrsə pıçıldayıb. O yaxşı bilir ki, vaxtında hərəkət etməsə, onu da sələflərinin aqibəti gözləyir. Cənubi Koreyada Şimali Koreyaya rəğbətin artması barədə iddialar isə tamamilə absurddur. Cənubi Koreyə ABŞ-nin nəzarətində olan ölkədir. Ehtimal ki, baş verənlər Ağ Evlə razılaşdırılıb. Bu da Co Baydenin getməyinə az qalmış, dünyaya yeni hədiyyəsi hesab edilə bilər. Baş verənlər Koreya yarımadasında gərginliyin açıq fazaya keçməsinə şərait yarada bilər. Əgər ABŞ prosesə müdaxilə etməsə, ölkədə xalq inqilabının yaşanması mümkündür. Müxalifət liderləri artıq Yun Sok Yolun hakimiyyətini qeyri-qanuni elan ediblər. Nəzərə almaq lazımdır ki, müxalifətin gücü çoxdur”.

Günay Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri