Icma.az
close
up
RU
Əgər Arif Hacılı səmimidirsə buyursun... Etibar Məmmədovun partiyasından CAVAB

Əgər Arif Hacılı səmimidirsə buyursun... Etibar Məmmədovun partiyasından CAVAB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Modern.az saytına müsahibəsində Azərbaycan Xalq Cəbhəsindən fikir ayrılığına görə çıxıdığını bildirib.
"1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram".
Müsahibənin dərc edilməsindən sonra Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Etibar Məmmədova cavab verib. O qeyd edib ki, Etibar Məmmədov AXC-dən ayrılanda süverenlik məsələsi artıq keçilmiş mərhələ idi: "Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqdan sonra tərk edib".

Arif Hacılının bu ittihamına isə AMİP-dən cavab gecikməyib. 

Partiyanın Ali Məclisinin sədri Rəşad Bayramov Modern.az-a açıqlamasında bildirib ki, Etibar Məmmədovun dedikləri yeni bir şey deyil.

"Hərəkat dövründə də ondan sonra da bu məsələ dəfələrlə müzakirə mövzusu olub. Hər kəs də bilir ki, AXC daxilində radikallar adlanan və Etibar Məmmədovun rəhbərlik etdiyi qanad AXC-nin müstəqillik uğrunda mübarizə aparmasını və sonra demokratik cəmiyyət qurulmasını, liberallar isə SSRİ daxilində demokratiya uğrunda mübarizəni və yalnız bundan sonra müstəqillik ideyasını dəstəkləyiblər. Yəni, başqa sözlə desək Etibar Məmmədovun səsləndirdiyi fikirlər bir çoxlarına yaxşı məlum olan həqiqətlərdir".

O qeyd edib ki, Arif Hacılının birdən birə bu fikirlərə reaksiya verməsi və faktları təkzib etməyə cəhd etməsi başa düşülən deyil:

"Ortada konkret sənədlər var. Hələ 1989-cu ildə AXC-nin təsis konfransında Etibar Məmmədov müstəqilliyin nizamnamədə proqram məqsədi kimi öz əksini tapmasını və milliyətçiliyin də əsas prinsiplərdən biri olmasını  təklif etmişdi. Lakin nə həmin vaxt, nə də sonra, yəni 1991-ci il Qurultayında deyilən məsələlər öz əksini tapmadı. Əbülfəz bəy konkret olaraq dedi ki, müstəqillik məsələsi hələ tezdir. 

İndi Arif Hacılının 20 yanvardan sonrakı mitinqdən video yayaraq nəyisə sübut etməyə çalışması uğursuz cəhddir. Əvvəla ona görə ki, 20 Yanvardan sonra hər kəs müstəqillik haqqında danışırdı. Təbii ki, 20 Yanvardan bir neçə gün sonra hansısa mitinqdə çıxış edib, biz müstəqillik istəmirik, SSRİ qalsın deməyə heç kəsin cəsarəti çatmazdı. 

İkinci bir tərəfdən isə mitinqdə danışmaq başqa şeydir, müstəqillik uğrunda mübarizəni təşkilatın əsas məqsədi olaraq proqrama salmaq başqa şeydir. Yəni, mitinqdə, toplantılarda, küçədə hər kəs nəsə danışa bilər, əsas olun bunu rəsmi olaraq təsbit etməkdir.

Görünən odur ki, ya Arif Hacılının təmsil olunduğu təşkilatın sənədlərindən, proqramından xəbəri yoxdur, ya da bilərəkdən faktları təkzib edir. Əgər Arif bəy dediklərində səmimidirsə buyursun AXC-nin 1989 və 1991-ci il Qurultaylarının proqramını paylaşsın və göstərsin görək həmin proqramlarda müstəqilliklə bağlı nə qeyd olunub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri