Icma.az
close
up
RU
Əgər bu 4 vərdişi davam etdirsəniz, “çoxlu pul qazanacaqsınız” Kodie Sançesə görə

Əgər bu 4 vərdişi davam etdirsəniz, “çoxlu pul qazanacaqsınız” Kodie Sançesə görə

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Jurnalistlikdan özəl sərmayə sektorunda uğurlu karyeraya keçən Kodie Sançes adi maliyyə ekspertlərindən deyil. O, milyonlarla dollar dəyərində portfelini trendləri izləməklə yox, əksinə, əksəriyyətin diqqət yetirmədiyi, cazibəsiz hesab olunan biznesləri satın alaraq qurub. Paltarxanalar, avtoyuma məntəqələri, satış avtomatları — onun “darıxdırıcı bizneslər” adlandırdığı bu sahələr Sançesin real sərvət və maliyyə azadlığına gedən yolu olub.
Demokrat.az xəbər verir ki, Kodie Sançesə görə, əgər bu dörd vərdişi həyatınıza daxil etsəniz, gerçək sərvət qurmaq üçün güclü zəminə sahib olacaqsınız:
Tez hərəkət edin və daha böyük problemləri həll edin
Sançesin əsas vurğularından biri budur: sürət və miqyas önəmlidir. Əgər qərar qəbul etməkdə — istər böyük, istərsə də kiçik — ləng davranırsınızsa, bu sizə maliyyə baxımından baha başa gələ bilər.
“Bank hesabınızdakı məbləğ sizin nə qədər böyük problemləri həll etdiyinizi və nə qədər tez hərəkət etdiyinizi əks etdirir,” – deyə o, Corc Kamelin “Qəhvə içən milyonçular” adlı verilişində bildirib.
O, sifariş verməkdə tərəddüd edən bir şəxsin qəhvə növbəsini ləngitməsini misal çəkib. Bu təkcə narahatlıq deyil, həm də qərarsızlıq və diqqətsizliyin göstəricisidir. Sançesin fikrincə, varlı insanlar sürətlə hərəkət edir, qərarlı davranır və daha böyük problemlərə fokuslanırlar. Mentorlarının ona tez-tez dediyi bir ifadəni qeyd edir: “Çox xırda düşünürsən". Daha böyük problemləri həll etməyə başlayın və kiçik qərarlarla bağlı özünüzü yormaqdan vaz keçin.
Sərvət gətirən darıxdırıcı bizneslərə sahib olun
Bu, Kodie Sançesin maliyyə strategiyasının təməlini təşkil edir. O, parlaq startapların və ya növbəti “böyük tətbiq”in arxasınca qaçmamağı tövsiyə edir. Onun sərvəti “darıxdırıcı” adlandırdığı biznesləri — paltarxanalar, satış avtomatları, avtoyuma məntəqələri və digər gündəlik fəaliyyətləri — alaraq formalaşıb.
“Main Street milyonçusu” adlı kitabında bu bizneslərin necə pul axını maşınına çevrilə biləcəyini izah edir. O, hətta “SOWS” qısaltmasını yaradıb: köhnə, zəif, sadə və diqqətdən kənar bizneslər. Bu bizneslər xəbər başlıqlarında yer almasa da, xüsusilə təqaüdə çıxan sahibkarlardan alınıb, effektiv idarəetmə sistemləri ilə təkmilləşdirildikdə böyük gəlir potensialına sahib ola bilər. Sərvət qurmaq üçün hər kəsin arzuladığı layihələrin dalınca qaçmağa ehtiyac yoxdur. Bəzən heç kimin istəmədiyi sadə biznesə sahib olmaq ən ağıllı addım ola bilər.
9-dan 5-ə qədər işinizi startap kapitalına çevirin
Sançes mövcud işindən imtina edib qeyri-müəyyən xəyalların dalınca qaçmayıb, əvəzində planlı şəkildə addım atıb. Az gəlirli jurnalistlikdan maliyyə sahəsinə keçərək daha yüksək qazanc imkanları əldə edib və bu gəliri şəxsi layihələrinə yatırıb.
“O biri insanlar üçün işlədiyim dövrdə ilk milyonlarımı qazandım,” – deyə o, Kamelə bildirib. “Əlimdən gəldiyi qədər maaşlı işləməyə davam etdim və boş vaxtlarımda biznesimi qurdum.”
Sançesin yanaşması riskdən qaçmaq yox, qazanılmış gəliri gücləndirmək üzərində qurulub. O, maaşını istifadə edərək kapital yığıb, biznes ideyalarını sınaqdan keçirib və yeni gəlir mənbələri yaradıb — bütün bunlar başqa birinin işçisi olaraq baş verib. Bu strategiya xüsusilə yaxşı maaşlı işlər üçün uyğundur, amma əsas ideya hər kəsə aiddir: stabil gəliri yalnız dolanışıq üçün yox, imkan yaratmaq üçün istifadə edin. Yaxşı maaşlı iş təşəbbüskarlığa əngəl deyil. Bu, sizin ilk sərmayəçinizdir. Ondan kapital, bacarıq və təcrübə qazanmaq üçün istifadə edin.
Qazancdan çox məqsədə fokuslanın
Sançesin fikrincə, pul özü-özlüyündə məqsəd deyil — məqsəd azadlıq və təsirdir.
“Əsas məqsəd təkcə pul deyil,” – deyə o, bildirib. “Məqsəd – azadlıqdır, pul isə azadlığı təmin edir və bu da sizə təsir imkanınızı seçmək fürsəti verir.”
“Mark Manson şousu”nda isə bu fikrini belə genişləndirib: “Pul ən böyük bərabərləşdiricidir. Əgər siz dünyada real fərq yaratmaq istəyirsinizsə, resurslarınız olmadan bunu etmək çox çətin olacaq.” Sançes qazancı prioritetləşdirməyə qarşı deyil, sadəcə xəbərdarlıq edir ki, məqsədsiz qazanc dalınca qaçmaq tükənmişlik və narazılıqla nəticələnə bilər. Əsl uğur mənalı problemləri həll etmək və başqılarına xidmət etməkdən gəlir. Pul bir vasitədir. Ondan azadlıq və məqsəd yaratmaq üçün istifadə edin, sadəcə status qazanmaq üçün yox. (Valyuta.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri